ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
03.07.2018 21:43

YDÇ-2018: ilk gündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb

  • Печать
  • Эл. почта
Оцените материал
(2 голосов)

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. 

İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurub.

İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü yarımfinala yüksəlib. Yarımfinal görüşlərini qələbə ilə başa vuran Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) finala yüksəlib. Final görüşlərini də qalib başa vuran hər iki güləşçimiz çempionatın qızıl medalını qazanıb. 

Təsəlliverici görüşdə qələbə qazanan Əbülfəz Nəsirov (55 kq) da bürünc medal görüşünə haqq qazanıb. Gürcüstan idmançısına da qalib gələn güləşçimiz çempionatın bürünc medalına sahib olub.

Yarımfinalda uduzan Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc medal görüşünə haqq qazansa da bu imkandan yararlana bilməyib. Hər iki güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

48 kq 
FİNAL - Riçard Figueroa (USA) - Əlihəsən Əmirli 1:6 
1/2 final - Giorgi Gigelaşvili (GEO) - Əlihəsən Əmirli 2:8
1/4 final - Mahdi Veisi (İRİ) - Əlihəsən Əmirli 3:6
1/8 final - İlya Rahozau (BLR) - Əlihəsən Əmirli 0:10 (66 san.) 
1/16 final - Kaisei Tanabe (JPN) - Əlihəsən Əmirli 0:3

55 kq 
Bürünc medal görüşü
- Əbülfəz Nəsirov - Daviti Abdaladze (GEO) 8:2
Təsəlliverici görüş - Viktor Taşohlo (UKR) - Əbülfəz Nəsirov 4:11 
1/4 final - Əbülfəz Nəsirov - Hayato Fujita (JPN) 0:11
1/8 final - Adam Vieznet (POL) - Əbülfəz Nəsirov 2:9

65 kq 
FİNAL
- İnalbek Şeriev (RUS) - Turan Bayramov 1:4
1/2 final - Turan Bayramov - Mohammad Karimiseifabad (İRİ) 8:2
1/4 final - Turan Bayramov - Narek Harutyunyan (ARM) 8:4
1/8 final - Hassan Şaya (KSA) - Turan Bayramov 0:5

80 kq 
Bürünc medal görüşü
- Abe Assad (USA) - Saqadulla Ağayev 7:6
1/2 final - Saqadulla Ağayev - Mohammadreza Giyasi (İRİ) 1:6
1/4 final - Saqadulla Ağayev  - Giorgi Nebunişvili (GEO) 6:4
1/8 final - Aliaksei Parxomenka (BLR) - Saqadulla Ağayev 1:8
1/16 final - Saqadulla Ağayev - Erzo İsakov (JOR) 5:0 (tuşe, 6 san.)

110 kq 
Bürünc medal görüşü - Stoyan Yordanov (BUL) - İslam Abuyev 3*:3
1/2 final - Amir Abbas Zare (İRİ) - İslam Abuyev 11:0
1/4 final - İslam Abuyev - Solomon Manaşvili (GEO) 10:7
1/8 final - İslam Abuyev - Radu Lefter (MDA) 2:1

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir. 

Dünya çempionatını aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/world-championships-30



Прочитано 3502 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW