ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
25.09.2017 11:41

HDÇ-2017: son gündə 2 gümüş və 1 bürünc medal / FOTO

  • Печать
  • Эл. почта
Оцените материал
(2 голосов)
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı başa çatıb.

Çempionatın son günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb. 

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə (80 kq) sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb. 
Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medala yiyələnib. 

Daha bir gümüş medalı isə 98 kq çəkidə təmsilçimiz Orxan Nuriyev qazanıb. 

85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov çempionatı bürünc medalla başa vurub. Həlledici görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.


Прочитано 690 раз
Твитнуть
Другие материалы в этой категории: « HDÇ-2017: Murad Məmmədov bürünc medal qazandı / FOTO

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2