ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
fb tw vaz yt
14.09.2011 23:08

Dünya çempionatında üçüncü gün: Mariya gümüş, Patimat bürünc qazandı / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Çempionatın üçüncü günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb.

Rafiq Hüseynov (74 кг) startda Azizbek Murodovla (Özbəkistan) qarşılaşıb və onu məğlub edib. Növbəti rəqib qırğızıstanlı Daniyar Kobonova da qalib gələn (1:0, 0:2, 2:0) idmançımız adını 1/4 finala yazdırıb. Bu mərhələdəki rəqib xorvatiyalı Neven Zuqajdı. Bu rəqibini keçəcəyi halda, Hüseynov da London olimpiadasına lisenziya qazanmış olacaqdı. Amma təəssüf ki, idmançımız məğlubiyyətlə üzləşib - 0:1, 0:2. Buna baxmayaraq, idmançımızın lisenziya şansı qalırdı. Bunun üçün ilk növbədə Zuqajın finala çıxması lazım idi. Ancaq o, növbəti mərhələdə rusiyalı güləşçiyə məğlub olub.

48 kq-da yarışan qadın güləşçilərimizdən Mariya Stadnik ilk görüşündə Argentina idmançısı Patrisiya Bermudesə qalib gəlməyi bacarıb - 2:0, 6:0. Onun növbəti rəqibi Qazaxıstan güləşçisi Zıldız Yeşimova-Turtbayeva da məğlubiyyətlə barışmalı olub 3:0, 2:0. Nəticədə, idmançımız 1/8 finala adlayıb. Burdakı rəqibi Eseniya Karip (Venesuela) də ona ciddi müqavimət göstərə bilməyib - 5:0, 7:0. 1/4 finalda Stadnik ABŞ güləşçisi Klarissa Çun üzərində qələbə qazanmalıydı ki, bunu bacarıb - 3:1, 2:0. Bu isə, Stadnikə London olimpidasına lisenziya qazandırıb. O, yarımfinalda kolumbiyalı Karolina İdalqoya da şans verməyib və finala çıxıb - 6:0, 4:0. Həlledici görüşdə idmançımız yaponiyalı Hitomi İbara ilə qarşılaşıb. Görüş yaponiyalı güləşçinin qələbəsi ilə bitib - 3:2, 0:1, 0:1. Beləcə, Stadnik gümüş medala sahib çıxıb.

Patimat Baqomedova isə (51 кq) startda Monqolustan güləşçisi Otqosetseq Daavasukla görüşüb və məğlubiyyətlə üzləşib - 0:2, 1:1, 0:3. Lakin onun rəqibi finala çıxmaqla Patimat üçün əla şans yaradıb. Belə ki, məhz bunun nəticəsində idmançımız bürünc medal qazana bilərdi. Bu yolda o, öncə Aleksandra Engelhartla qarşılaşıb və qələbə qazanıb - 5:0. Eyni uğuru Hindistan güləşçisi Rati Neha üzərində də təkrarlayan Baqomedova ölkəmizə daha bir mükafat - bürünc medal qazandırıb.

Прочитано 1193 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2