ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
13.09.2011 12:50

Dünya çempionatında ikinci gün: Saman Təhmasibi lisenziya qazandı / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir.

60 kq-da yarışan Həsən Əliyev çempionluğa gedən yolda ilk olaraq erməni əsilli İspaniya vətəndaşı Albert Baqumyanla qarşılaşıb və onu məğlub edib - 1:0, 1:0. 1/16 finalda isə Əliyev bu dəfə Polşanı təmsil edən digər erməni - Edvard Barqesyan üzərində qələbə qazanıb - 1:0, 2:0. Üçüncü cəhdində Manuel Salqero (Меksika) üzərində qələbəyə sevinən (2:0, 3:0) güləşçimiz 1/4 finala adlayıb. Burda onun rəqibi Venesuela idmançısı Lopes Lyendodu. Bu rəqibini də məğlub edəcəyi halda Həsən Əliyev də olimpiya lisenziyasına sahib çıxacaqdı. Amma təəssüf ki, idmançımız bu dueldə gözlənilmədən məğlub olub - 1:0, 0:2, 0:1. Buna baxmayaraq, Əliyev lisenziya şansına malik idi. Bunun üçün ən azı Lyendonun finala çıxması lazım idi. Lakin o, bunu bacarmayıb.

84 kq-da Saman Təhmasibi hindistanlı Kumar Manojla üz-üzə gəlib və ilk cəhdini qələbəylə başa vurub - 1:0, 4:0. Ardından Tunis idmançısı Haykela Aşuri də (Tunis) onun qarşısında ağ bayraq qaldırıb - 3:0, 2:0. Lakin təəssüf ki, üçüncü cəhdində qarşılaşdığı Albert Səlimovla dueldən məğlub ayrılan (0:2, 0:2) Təhmasibi 1/4 finala çıxa bilməyib. Amma o, hələ lisenziya şanslarını saxlayır. Məsələ burasındadı ki, idmançımızın məğlub olduğu Səlimov finala qədər irəliləməyi bacarıb. Belədə, Təhmasibi daha iki qələbə qazanmaqla olimpiadaya lisenziya, üçüncünü də qələbə ilə başa vuracağı halda medal qazana bilər. O, ilk olaraq Janarbek Kenjeyevlə (Qırğızıstan) qarşılaşıb və qələbəyə sebinib - 1:0, 0:3, 2:0. Güləşçimiz Nenad Zuqaj (Xorvatiya) üzərində də eyni uğuru təkrarlamağı bacarıb - 2:0, 0:1, 1:0. Beləcə, güləş yığmamız London olimpiadasına ikinci lisenziyasını qazanıb. Bu görüşdən sonra isə məlum olub ki, Təhmasibi ciddi zədə alıb və bürünc medal uğrunda Finlandiya idmançısı Rami Hyetanyemi ilə qarşılaşa bilməyəcək.

120 kq-da Məsut Həşimzadə öncə Finlandiya idmançısı Henrik Lalliyə qalib gəlib - 1:0, 1:0. Onun növbəti rəqibi Yuri Patrikeyev (Ermənistan) olub. Təəssüf ki, erməni legioner azərbaycanlı həmkarından daha güclü olub - 1:0, 0:1, 1:0.

---------------------

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün ikinci günün qarşılaşmaları keçirilir.

60 kq
1/32 - Həsən Əliyev - Albert Baqumya (ESP)

84 kq
1/32 - Saman Təhmasibi - Kumar Manoj (İND)

120 kq
1/32 - Məsud Həşimzadə - Taisto Henrik (FİN)

İlkin görüşlər Bakı vaxtı ilə saat 14.30-da başlayacaq. Final görüşləri isə 21.30-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Qeyd edək ki, ilk gündə 3 idmançımız Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) mübarizə aparsalar da, yalnız Bayramov qızıl medal və lisenziya qazandı.

Прочитано 2455 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2