ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
11.09.2011 21:28

Dünya çempionatında ilk gün: Rövşən Bayramov qızıl medal qazandı / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında ilk gün mübarizə aparan 55 kq çəki dərəcəsində Rövşən Bayramov bütün rəqiblərindən üstün olub və komandamıza ilk lisenziya və ilk qızıl medalı qazandırıb.

55 kq-da yarışan Rövşən Bayramov yarışa bolqarıstanlı Veselin Venkovla start verib. Bu görüşdə qələbə qazanan Bayramov 1/8 finala vəsiqə əldə edib. Bu mərhələdə Rövşən yaponiyalı Kohey Hasaqava ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala adlayıb. Macarıstanlı Peter Modos və yarımfinaldakı Çin idmançısı Şunjin Li də idmançımız qarşısında tab gətirməyib. Adını finala yazdıran Bayramov həm də olimpiada lisenziya qazanıb. Həlledici görüşdə də Elbek Tajiyev üzərində qələbə qazanan güləşçimiz dünya çempionu adına yiyələnib.
55 kq
FİNAL
- Rövşən Bayramov - Elbek Tajiyev (BLR) (3:0, 1:0)
1/2 - Rövşən Bayramov - Shujin Li (CHN) (3:0, 2:0)
1/4 - Rövşən Bayramov - Péter Modos (HUN) (1:0, 3:0)
1/8 - Rövşən Bayramov - Kohei Hasegava (JPN) (1:0, 0:2, 1:0)
1/16 - Rövşən Bayramov - Venelin Petkov Venkov (BUL) (1:0, 3:0)

66 kq
1/4 - Vitali Rəhimov - Hyeon-Woo Kim (KOR) (0:1, 0:3)
1/8 - Vitali Rəhimov - Ulises Ivan Barragan Calderon (MEX) (1:0, 1:0)
1/16 - Vitali Rəhimov - Fredrik Holmquist Bjerrhuus (DEN) (1:0, 1:0)

96 kq
1/8 - Şalva Qadabadze - Artur Aleksanyan (ARM) (0:1, 0:2)
1/16 - Şalva Qadabadze - Ashok Kumar (IND) (7:0, 2:0)
1/32 - Şalva Qadabadze - Takuma Arizono (JPN) (3:0, 3:0)

---------------------

12-18 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı keçirilir. Proqrama əsasən ilk gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. 55, 66 və 96 kq çəki dərəcələrində artıq püşkatma keçirilib. Güləşçilərimizin ilk rəqibləri aşağıdakılardır:

55 kq
1/16 - Rövşən Bayramov - Venelin Petkov Venkov (BUL)

66 kq
1/16 - Vitali Rəhimov - Fredrik Holmquist Bjerrhuus (DEN)

96 kq
1/32 - Şalva Qadabadze - Takuma Arizono (JPN)

İlkin görüşlər Bakı vaxtı ilə saat 15.30-da başlayacaq. Final görüşləri isə 21.30-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Прочитано 2812 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2