ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt

Международные турниры

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 38-ci beynəlxalq turnir start götürüb. 24 ölkədən 300-ə yaxın pəhləvanın qatıldığı turnirdə Azərbaycan güləşçiləri də qüvvələrini sınayır.
Fevralın 12-14-də İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 38-ci beynəlxalq turnir keçiriləcək.  
Böyük məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən komandamız 3 qızıl, 3 bürünc medal qazanıb.  
İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 28-ci beynəlxalq turnir başa çatıb.
29-31 yanvar 2010-cu il tarixdə Belarusun Minsk şəhərində yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Respublika turniri keçiriləcək.
Yanvarın 28-31-də Krasnoyarskda ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” turniri keçiriləcək.
22-24 yanvar 2010-cu il tarixdə Ukraynanın Zaporojye şəhərində Yevqeni Truxinin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında turnir keçirilib.
Yanvarın 30-31-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək.
22-24 yanvar 2010-cu il tarixdə Ukraynanın Zaporojye şəhərində idman ustası Yevqeni Truxinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında 15-ci beynəlxalq turnir keçiriləcək.  
Sayca 11-cisi keçirilən yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İran pəhləvanları mübarizə aparıblar.
Finlandiya, Estoniya, Belarus və Rusiya Federasiyası vilayətlərinin pəhləvanlarının mübarizə apardığı turnirdə komandamız yüksək nəticə əldə edib.
17 yanvar 2010-cu il tarixdə Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
12-14 yanvar 2010-cu il tarixdə Sankt-Peterburq şəhərində professor Kazbek Nintsiyevin xatirəsinə Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.
Dekabrın 26-da Kiyevdə ulu öndər Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında I ümumukrayna turniri keçirilib.
27-29 noyabr 2009-cu il tarixdə Türkiyənin Bursa şəhərində Avropa klublarının kuboku uğrunda beynəlxalq yarış keçirilib. Turnirdə Azərbaycan, Türkiyə, Rumıniya, Bolqarıstan, Makedoniya, Belarus və Gürcüstandan olan komandalar iştirak edib.
Noyabrın 17-də Şərur Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçirilib.
Noyabrın 17-də sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Qaliblər Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Noyabrın 6-da Gəncədə İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışın təşkil edilməsində məqsəd əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq olub.  
Noyabrın 5-6-da Gəncədə əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Bu turnirdə seçmə kollektivin liderlərinə istirahət veriləcək və əsasən «ikinci nömrələr» sınaqdan keçiriləcək.
23-25 oktyabr tarixində İstanbulda gənc yunan-Roma güləşçiləri arasında keçirilmiş beynəlxalq turnir başa çatıb. Turnir pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalıb.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız Türkiyədədir. Yığmamız İstanbulda gənc yunan-Roma güləşçiləri arasında keçirilən beynəlxalq turnirdə iştirak edir.
Dağıstanın Xasavyurt şəhərində «Qitələrarası Kubоk» turnirində iştirak edən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız bürünc medal qazanıb.  
22-24 oktyabrda İstanbulda gənc yunan-Roma güləşçiləri arasında bеynəlxalq turnir kеçiriləcək. Bu yarışda gənclərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.
Ölkəmizin sərbəst güləş üzrə yığma kоmandası оktyabrın 18-də Dağıstanın Xasavyurt şəhərində kеçiriləcək «Qitələrarası Kubоk» uğrunda mübarizə aparacaq.  
Bu il gənclər arasında keçirilən Avropa və dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız İspaniyaya yola düşür.
Страница 15 из 15
Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2