ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
04.06.2018 10:34

Güləşçilərimiz Rustavidən 1 qızıl, 3 gümüş və 3 bürünc medalla qayıdır / FOTO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. 

Güləşçilərimiz turniri 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. 

Bütün rəqiblərindən üstün olan Qurban Qurbanov (45 kq) turnirin qızıl medalına layiq görülüb. Final görüşündə komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) isə gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi 60 kq) qazandırıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elgün Məmmədov və Zaur Şərifov təmsil edib.


Прочитано 545 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW