ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
10.10.2016 12:30

Dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(5 голосов)
Şamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. Yarış başlamazdan öncə təşkilat komitəsinin üzvləri Şamaxı şəhərindəki Heydər Əliyev parkında ümumilli liderin abidəsini ziyarət edərək ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi olub. Mərasimdə çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin də ildən-ilə nüfuz qazandığını vurğulayıblar.

Sayca 4-cü dəfə təşkil olunan yarışda Respublikanın 32 rayon və şəhərindən, o cümlədən Ukraynadan ümumilikdə sərbəst güləş üzrə 300-ə yaxın yeniyetmə idmançı iştirak edib. Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev bölgələrdə bu cür yarışların təşkilinin güləşin kütləviliyinə xidmət etdiyini bildirib:

“Bu yarışlar sınaq yarışlarıdır. Güləşçilər bu cür turnirlərdə özlərini göstərə bilirlər. Oleq Krapivin bundan əlavə bir neçə ildir ki, Ukraynın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq güləş turniri də təşkil edir. Bizim idmançılarımız da orada iştirak edir, medalla qazanır, bayrağımızı yüksəldirlər.”

Olimpiya çempionu qeyd edib ki, veteran güləşçilərimizin Oleq Krapivinin timsalında güləş idman növünün inkişafı üçün təşkil etdiyi bu cür yarışlar bütövlükdə ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət idman siyasətinə bir töhfədir.

Sərbəst güləş üzrə ölkə yığma komandasının məşqçilər korpusunun üzvləri, həmçinin veteran güləşçilər də yarışı izləyənlər arasında olub. Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsində keçən yarışlarda Qazax, Şamaxı, Masallı, Abşeron, Ağstafa, Şirvan, Astara, eləcə də Ukrayna təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

29 kq
1. Arzuman Dərgahquliyev - Qazax
2. Nihad Mustafayev - Qazax
3. Emil Mustafazadə - ROİL
3. M. Heydərov - Şamaxı
            32 kq
1. Mahir Məmmədov - Şamaxı
2. Kəlbəxan Bakdəmirov - Şamaxı
3. Elman Nağıyev - Şamaxı
3. Atilla Abdullayev - Xızı
 35 kq
1. Mircavad Nəbiyev - Masallı
2. Ayxan Verdiyev - Gəncə
3. Sənan Abdulkərimov - Quba
3. Ramiz Heybətov - Astara
   38 kq
1. Riyad Aslanov - Abşeron
2. Rəşid Zeynalov - Təhsil İC
3. Zeyqam Qurbanov - Şamaxı
3. Əkbər Vəliyev - ROİL
 42 kq 
1. Ruslan Şıxıyev - Ağstafa
2. Əlisəfa Abdullayev - ROİL
3. Kənan Məmmədzadə - Müşviqabad GK
3. Fərhad Kərimli - Abşeron
  47 kq
1. Əbülfət Nəsirov - Şirvan
2. Teymur Teymurzadə - Abşeron
3. Samir Yusifzadə - Gəncə
3. Zirəddin Bayramov - Şəmkir 
 53 kq 
1. Məhəmmədəli Əliyev - Astara
2. Röyal Əhmədov - Şirvan
3. Əlişan Əminov - Şamaxı
3. Saleh Bəbirov - DİN İC
  59 kq
1. Müşviq Ocayev - Abşeron
2. Həsənağa Xudaverdiyev - Şamaxı
3. Nicat Əhmədov - Qazax
3. Elşən Şirinli - Qax 
 66 kq
1. Vadim Kurleçenko - Ukrayna
2. Varis Mehdizadə - Sabirabad
3. İsmayıl Cabbarlı - Gömrükçü İSM
3. Fərid Cabbarov - ROİL
  73 kq
1. Abdulcəlil Şabanov - Abşeron
2. Valeh Həmidov - Azəri GK
3. Məhəmməd Osmanov - Balakən
3. Vüsal Əliyev - Xaçmaz 


Прочитано 1692 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2