ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
13.02.2010 11:18

“Yaşar Doğu” turnirində ilk gün – 3 qızıl, 1 bürünc

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 38-ci beynəlxalq turnir start götürüb. 24 ölkədən 300-ə yaxın pəhləvanın qatıldığı turnirdə Azərbaycan güləşçiləri də qüvvələrini sınayır. Pəhləvanlarımız turnirin ilk günü 3 qızıl və 1 bürünc medal qazanıb.

Turnirin ilk günü qadın güləşçilər 48, 59 və 72 kq çəki dərəcələrində mübarizə aparıblar. Qadınların yarışında Danimarkada keçirilən dünya çempionatının gümüş mükafatçısı Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) müvafiq olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya çempionu Yuliya Radkeviç isə 3-cü yer uğrunda Bolqarıstan idmançısına məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Kişilər arasında 55 və 74 kq çəki dərəcəsində gərgin keçən mübarizədə Mahmud Maqomedov (55 kq) bütün rəqiblərindən üstün olub. 74 kq çəki dərəcəsində təmsilçimiz Çamsulvara Çamsulvarayev isə 3-cü yer uğrunda görüşdə yerli türk pəhləvanına qalib gəlib və bürünc medala sahib olub.

Yarışın proqramı:

13 fevral

Kişilər: 60 kq, 84 kq və 120 kq
Qadınlar: 51 kq və 63 kq

14 fevral

Kişilər: 66 kq və 96 kq
Qadınlar: 55 kq və 67 kq

 

 

Прочитано 1571 раз
Твитнуть

Похожие материалы (по тегу)

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2