ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
11.02.2010 10:44

Sərbəst və qadın güləşi üzrə yığmamız İstanbulda

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
Fevralın 12-14-də İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 38-ci beynəlxalq turnir keçiriləcək. Türkiyə, Ukrayna, Türkmənistan, Fransa, Tunis, Kanada, İtaliya, Belarus, ABŞ, Finlandiya, Slovakiya, İran, Monqolustan, Rumıniya, Bolqarıstan və Qazaxıstan pəhləvanlarının iştirak edəcəyi turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandalarımız da iştirak edəcək.

Sərbəst güləş üzrə yığmamız turnirə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yollanır. Yaşar Doğunun xatirə turnirində yığmamızı Maxmud Maqomedov, Yaşar Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev, Zəlimxan Hüseynov (hər ikisi 60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev, İbrahim Yusubov (hər ikisi 74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Toxtar Temrezov və Aslan Dzebisov (hər ikisi 120 kq) təmsil edəcək.

Yanvarın 31-dən İstanbulda təlim-məşq toplanışında olan qadın güləşi üzrə yığma komandamızın üzvləri də turnirdə öz qüvvələrini sınayacaqlar. Türkiyə komandası ilə birgə təlim-məşq toplanışında iştirak edən qəhrəman qadınlarımız turnirə böyük məşqçi Kurban Kurbanov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında qatılacaqlar. Komandamızın heyətində Regina Yarova (51 kq), Sona Əhmədli, Nadiya Qradyuk (hər ikisi 55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Katerina Dombrovskaya, Zümrüd Qurbanhacıyeva (hər ikisi 67 kq), Nadejda Sementsova və Dina İvanova (hər ikisi 72 kq) yer alıblar.

Turnirdə Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Zakir Məmmədov da ölkəmizi hakim kimi təmsil edəcək.

Yarışın proqramı isə belədir:

12 fevral

Kişilər: 55 kq və 74 kq
Qadınlar: 48 kq, 59 kq və 72 kq

13 fevral

Kişilər: 60 kq, 84 kq və 120 kq
Qadınlar: 51 kq və 63 kq

14 fevral

Kişilər: 66 kq və 96 kq
Qadınlar: 55 kq və 67 kq

Прочитано 1391 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2