ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
31.01.2010 10:48

Vehbi Emrenin xatirə turniri - 3 qızıl, 2 gümüş, 1 bürünc medal

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 28-ci beynəlxalq turnir başa çatıb. Yarışın ikinci günündə 60, 74 və 96 kq çəki dərəcəsində qarşılaşmalar olub. 60 kq çəki dərəcəsində finalda komandamızın iki üzvü Vitali Rəhimov və Həsən Əliyev qarşılaşıblar. Maraqla izlənilən mübarizədə qızıl medala Həsən Əliyev, gümüş medalı isə Vitali Rəhimov sahib olub. Daha bir gümüş medalı komandamızın hesabına Rafiq Hüseynov (74 kq) qazandırıb.

Beləliklə, komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medalla Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 28-ci beynəlxalq turniri 2-ci yerdə başa vurub. Türkiyə 1-ci, Rusiya isə 3-cü yeri tutub.

Xatırladaq ki, turnirin ilk günündə pəhləvanlarımız 2 qızıl, 1 bürünc medal qazanıb. 55, 66, 84 ve 120 kq çəki dərəcələrində güləşçilərin mübarizəsində Elçin Əliyev (55 kq) və Şalva Qadabadze (84 kq) müvafiq olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 55 kq çəki dərəcəsində mübarizə aparan digər pəhləvanımız Qadir Süleymanov isə bürünc medal qazanıb.

Прочитано 2146 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2