ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
26.01.2010 16:12

Yığmamız İvan Yarıginin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” turnirinə yollanır

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Yanvarın 28-31-də Krasnoyarskda ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” turniri keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası da iştirak edəcək. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının heyəti artıq məlumdur. Millimizi bu beynəlxalq turnirdə Yaşar Əliyev, Namiq Sevdimov (hər ikisi 55 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq), Emin Əzizov, Cəbrayıl Həsənov (hər ikisi 66 kq), Əşrəf Əliyev (74 kq), Novruz Temrezov (84 kq), Mehman İmanquliyev, Cəmaləddin Maqomedov (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək. Yığmamız turnirə baş məşqçi Saypulla Absaidov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yollanacaq. Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və beynəxalq dərəcəli hakim Fərəqət Cəlalov da referi kimi ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, 55, 66 və 74 kq çəki dərəcəsindəki görüşlər yanvarın 29-da, 60 və 84 kq yanvarın 30-da keçiriləcək, 96 və 120 kq çəki dərəcəsində pəhləvanlar isə yanvarın 31-də xalça üzərinə çıxacaqlar.

 

Прочитано 1386 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2