22-24 yanvar 2010-cu il tarixdə Ukraynanın Zaporojye şəhərində idman ustası Yevqeni Truxinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında 15-ci beynəlxalq turnir keçirilib. Məşqçilər Nazim Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edən komandamız uğurlu çıxışı ilə yadda qalıb. 8 idmançı ilə təmsil olunan komandamız 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Toğrul Yunisli (66 kq) və Araz Həsənov (96 kq) bütün rəqiblərindən üstün olublar. Zaur Mehrəliyev (120 kq) gümüş, Rəsul Cunayev (66 kq) və Niyaməddin İbrahimov (74 kq) isə bürünc medal qazanıb. 84 kq çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız Murtuza Tağıyev turniri 5-ci yerdə başa vurub.