ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
18.01.2010 15:20

Yığmamız Müşfiq İsayevin xatirə turnirinin qalibi oldu

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Yanvarın 17-də “Abu Arena” İdman Kompleksində güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Sayca 11-cisi keçirilən yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İran pəhləvanları mübarizə aparıblar.

Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, eləcə də, idmanda böyük uğurlar əldə edildiyini bildirib. Artıq ənənə halını alan bu beynəlxalq yarışın Azərbaycan güləşçilərinin gələcək uğurlarında əsas rol oynadığını vurğulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı Xəzər İsayev son illərdə ölkəmizdə güləşin sürətlə inkişaf etdiyini, bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirib və artıq üç ildir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını vurğulayıb.

Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev idmançılarımızın son illər beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışıb və turnir iştirakçılarına uğurlar arzulayıb.

7 ölkədən 98 güləşçinin iştirak etdiyi turnirin yekununda Azərbaycan pəhləvanlarından Fərid İsmayılov (42 kq), Pərviz İbrahimov (50 kq), Kənan Quliyev (54 kq), Elcan Usubzadə (85 kq) və Əli Məhəmməddabirov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları müvafiq olaraq Ruslan Qasımov (42 kq), Mircəlal Həsənzadə (46 kq), Nurlan Hacıyev (63 kq) və Paxrudin Maxayev (85 kq) qazanıblar. Məsim Qədirli (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Səfər Ativi (50 kq), Ruslan Şükürov (63 kq), Elmar İsmayılov (69 kq) və Kamran Yunusov (76 kq) müvafiq olaraq bürünc medallara sahib çıxıblar.

Ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanan yığmamız komanda hesabında turniri birinci yerdə başa vurub. İkinci yeri İran (1 qızıl, 3 gümüş, 6 bürünc), üçüncü yeri isə Rusiya (3 qızıl, 2 gümüş, 2 bürünc) komandası tutub.

 

 

Прочитано 1572 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2