ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
18.01.2010 12:38

Yeniyetmə yunan-Roma güləşçilərimiz 9 medal qazandı

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

12-14 yanvar 2010-cu il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində professor Kazbek Nintsiyevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə böyük məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında iştirak edib. Finlandiya, Estoniya, Belarus və Rusiya Federasiyası vilayətlərinin pəhləvanlarının mübarizə apardığı turnirdə komandamız yüksək nəticə əldə edib.

Ümumilikdə 10 idmançı ilə təmsil olunan yığmamız turniri 5 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub. Komandamıza qızıl medalları müvafiq olaraq Murat Bazarov (42 kq), Elvin Əliyev (46 kq), Elman Muxtarov (50 kq), Rəşad Şükürov (54 kq) və Rövşən Tağıyev (58 kq), gümüş medalları Kərim Cəfərov (42 kq), Rauf Ələkbərli (54 kq) və Royal Mirzəliyev (85 kq), bürünc medalı isə Ceyhun Əliyev (63 kq) qazandırıb. Bununla da yığmamız komanda hesabında turnirin qalibi adını qazanıb.

 

Прочитано 1545 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2