ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
12.01.2010 14:10

Müşviq İsayevin xatirəsinə sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

17 yanvar 2010-cu il tarixdə Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Fransa, Rusiya, Gürcüstan, Özbəkistan, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan güləşçilər mübarizə apacaq.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarışlar 17 yanvar tarixində “Abu Arena” idman kompleksində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi həmin gün saat 16.30-da baş tutacaq.

 

Прочитано 1795 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2