ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
30.12.2009 23:12

Yeniyetmə güləşçilərimiz 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazandı

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Dekabrın 26-da Kiyevdə ulu öndər Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında I ümumukrayna turniri keçirilib. Turnirdə iştirak edən yeniyetmə güləşçilərdən ibarət yığma komandamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq yüksək nəticə əldə ediblər. Komandamızın üzvləri Məhəmməd Həsənzadə (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Seyfəddin Şirəliyev (50 kq) və Aqşin Məmmədov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, qızıl medal qazanıblar. Gümüş medallara müvafiq olaraq Məhərrəm Kərimov (54 kq) və Ramal Quliyev (58 kq), bürünc medallara isə Vurğun Əliyev və Rüfət Məmmədli (hər ikisi - 38 kq) layiq görülüb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında keçirilən I ümumukrayna turniri ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin rektoru Qriqori Dankonun təşkilatçılığı ilə keçirilib.

 

Прочитано 1683 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2