ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
30.11.2009 10:45

“Neftçi” Avropa klublarının kuboku uğrunda beynəlxalq yarışda üçüncü oldu

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

27-29 noyabr 2009-cu il tarixdə Türkiyənin Bursa şəhərində Avropa klublarının kuboku uğrunda beynəlxalq yarış keçirilib. Turnirdə Azərbaycan, Türkiyə, Rumıniya, Bolqarıstan, Makedoniya, Belarus və Gürcüstandan olan komandalar iştirak edib. Bu mötəbər yarışda ölkəmizi Bakı şəhər çempionatında komanda hesabında 1-ci yer tutmuş “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yığma komandası təmsil edib. Məşqçilər Namiq Quliyev və Əli Ələkbərovun rəhbərlik etdiyi komanda qrup mərhələsində Gürcüstan komandasına 4-3 məğlub olsa da, Belarus təmsilçisinə 4-3 qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Türkiyənin “Bursa Böyükşəhər Bələdiyyəsi” komandası ilə görüşdə 6-1 məğlub olan “Neftçi” İSM-nin komandası yarışı 3-cü yerdə başa vurub. Avropa klublarının kuboku uğrunda beynəlxalq yarışda birinci yeri Türkiyə pəhləvanları, ikinci yeri isə Gürcüstan komandası tutub.

Xatırladaq ki, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yığma komandası yarışda aşağıdakı heyətlə iştirak edib.

Paşayev Azər (55 kq)

İsmayılov Azad (60 kq)

Muxtarov İbrahim (66 kq)

Əliyev Əşrəf (74 kq)

Bəkirov Roman (84 kq)

İmanquliyev Mehman (96 kq)

Müslümov Müslüm (120 kq)

 

 

Прочитано 1430 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2