ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
17.11.2009 18:41

Naxçıvan pəhləvanları bütün rəqiblərindən üstün oldular

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Noyabrın 17-də Şərur Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Naxçıvan, Türkiyə (Kars), İran (Urmiya), Rusiya (Dağıstan) komandaları iştirak edib. Turnir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra turnirin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, AGF-nin regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev və Naxçıvan Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edib. Natiqlər ölkəmizdə son dövrlərdə idmanın sürətlə inkişafından, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən, xüsusilə güləşçilərimizin Danimarkada keçirilən son dünya çempionatında əldə etdikləri nəticələrdən söhbət açıblar.

Sonra yarışların final mərhələsi başlayıb. Gərgin mübarizə şəraitində keçən yarışlarda Kənan Qasımov (32 kq, Azərbaycan), Aqil Qasımlı (35 kq, Naxçıvan), Vurğun Əliyev (38 kq, Azərbaycan), Məhəmməd Həsənzadə (42 kq, Azərbaycan), Hədiyi Yusifi (47 kq, İran), Elnur Səttarov (53 kq, Naxçıvan), Behnam Kərimi (59 kq, İran), Savalan Nəbiyev (66 kq, Naxçıvan), Rəhman Nəbiyev (73 kq, Naxçıvan) və Hüseyin Babaian (85 kq, İran) bütün rəqiblərindən üstün olaraq turnirin qalibi adını qazanıblar. Komanda hesabında isə, Naxçıvan Muxtar Respublikasının pəhləvanları fəxri kürsünün ən yüksək pilləsini tutublar.

 

 

Прочитано 1809 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2