ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
16.11.2009 11:30

“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Noyabrın 17-də sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında güləş ənənələrinin bərpa olunması, kiçik yaşlı yeniyetmə güləşçilərin idman ustalıqlarının artırılması və yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaqdır. Naxçıvan MR Şərur Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələrində 1996-1997-ci il təvəllüdlü 70-ə yaxın idmançı iştirak edəcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəhbərlik etdiyi yarışda Azərbaycan, Naxçıvan, Türkiyə (Kars), İran (Urmiya), Rusiya (Dağıstan) komandaları mübarizə aparacaqlar. Qaliblər Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 

 

 

 

 

Прочитано 1830 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2