ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
07.11.2009 10:30

İsax Cəfərovun xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
Noyabrın 6-da Gəncədə İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışın təşkil edilməsində məqsəd əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq olub.

AGF, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Gəncə Olimpiya Kompleksində baş tutub. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya (Dağıstan) yığma komandaları da qatılıblar.

Turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və 7 saylı nümayəndəliyin rəhbəri Vaqif Məmmədov çıxış edərək, Azərbaycan güləşinin son zamanlar inkişafından, pəhləvanlarımızın beynəlxalq arenalarda qazandığı uğurlardan danışıblar.

Turnirə gəlincə, məşqçilər korpusu bu yarışda əsasən “ikinci nömrələr” və gənc idmançıları sınaqdan keçiriblər. Buna baxmayaraq, güləş yığmamız komanda hesabında 1-ci yerə çıxıb. Gərgin və maraqlı mübarizələrdə qalib adını Mahmud Maqomedov (55 kq, Azərbaycan), Malkaz Kurdiani (60 kq, Gürcüstan), Emin Əzizov (66 kq, Azərbaycan), Hacı Hacıyev (74 kq, Dağıstan), Arçil Kitiaşvili (84 kq, Gürcüstan), Elizbar Odikadze (96 kq, Gürcüstan) və Müslüm Müslümov (120 kq, Azərbaycan) qazanıblar.

Qaliblər diplom, medal və mükafatlarla təltif ediliblər.

 

Прочитано 1692 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2