ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
03.11.2009 14:41

İsax Cəfərovun xatirə turnirində “ehtiyat qüvvələr”ə şans veriləcək

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Noyabrın 5-6-da Gəncədə əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Hər il keçirilən turnir əməkdar məşqçi İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.

Azərbaycan Güləş Federasiyası, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya (Dağıstan) yığma komandaları da iştirak edəcək. Qaliblər diplom, medal və mükafatlarla təltif ediləcək.

Məşqçilər korpusundan verilən məlumata görə, bu turnirdə seçmə kollektivin liderlərinə istirahət veriləcək və əsasən «ikinci nömrələr» sınaqdan keçiriləcək.

 

 

Прочитано 1683 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2