ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
26.10.2009 11:17

Yunan-Roma güləşi üzrə gənc pəhləvanlarımız Vətənə 6 medalla qayıtdılar

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

23-25 oktyabr tarixində İstanbulda gənc yunan-Roma güləşçiləri arasında keçirilmiş beynəlxalq turnir başa çatıb. Turnir pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalıb.

Yarışın ilk günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmış pəhləvanlarımız, müvəffəqiyyəti növbəti günlərdə də davam etdiriblər. Oktyabrın 24-də 120 kq çəkidə mübarizə aparmış Zaur Mehrəliyev fəxri kürsünün 3-cü pilləsinə yüksəlib və bürünc mükafata yiyələnib.

Turnirin son günündə xalça üzərinə çıxan Orxan Paşayev (60 kq) və Şəhriyar Məmmədov (84 kq) qızıl medal qazanmaqla komandamızın medal sayını 6-ya çatdırıblar. Bu nəticə ilə milli kollektivimiz meydan sahiblərindən sonra komanda hesabında 2-ci yeri tutub.

Qeyd edək ki, turnirin ilk günündə Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qızıl, Toğrul Yunisli (66 kq) bürünc medal qazanmışdılar.

Xatırladaq ki, gənc yunan-Roma güləşçilərimiz Türkiyəyə məşqçilər İlqar Abdulov və Zöhrab Abbasovun rəhbərliyi ilə yollanıblar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil edib.

Прочитано 1897 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2