Bu il gənclər arasında keçirilən Avropa və dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız İspaniyaya yola düşür.
Komandamız oktyarbın 3-də və 8-də ayrı-ayrılıqda 2 beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Daha sonra İspaniya yığması ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Namiq Abdullayevin rəhbərliyi altında səfər edən komandanı turnirlərə böyük məşqçi Arif Abdullayev və məşqçi Namiq Quliyev hazırlayıb.
Toğrul Əsgərov (55 kq), Hacı Əliyev (60 kq), David Suynucxanov (66 kq), Kazım Abbasov (74 kq), Turqay Məmmdov (84 kq), Aslanbek Albarov (96 kq) və Aslan Dzebisovdan (120 kq) ibarət komandamız 10 gün müddətində İspaniyada olacaq və oktyabrın 9-da Vətənə qayıdacaq.
![]() |
![]() |
![]() |
![]() |