ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
20.06.2018 10:37

Avropa çempionatından 1 qızıl, 1 gümüş və 4 bürünc medal / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.  

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandığı halda, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olub.  

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib. 

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev təmsil edib.




Прочитано 454 раз
Твитнуть
Другие материалы в этой категории: « Yeniyetmə güləşçilər Avropa çempionatında iştirak edəcək

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW