ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
13.06.2018 13:50

Yeniyetmə güləşçilər Avropa çempionatında iştirak edəcək

  • Печать
  • Эл. почта
Оцените материал
(5 голосов)
15-17 iyun 2018-ci il tarixdə Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. 

Sərbəst və yunan-Roma güləşi üzrə yığmamızın üzvləri çempionatda iştirak edəcək. 

İlk yarış günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Məşqçi Namiq Quliyevin rəhbərliyi altında Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcək. 

Son yarış günündə mübarizə aparacaq yunan-Roma güləşçiləri isə məşqçi Əfsər Namazəliyevin rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (hər ikisi 44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (hər ikisi 62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov (85 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcək. Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər. 


Прочитано 2124 раз
Твитнуть
Другие материалы в этой категории: « 23 yaşadək güləşçilərimiz Avropa çempionatında 7 medal qazanıb / FOTO-VİDEO

Комментарии   

 
+1 #1 Gence 13.06.2018 22:43
bular hamsi oz hesabina gedennerdi Azerbaycan cempionatinda hec 5ci yerede cixmayiblar))
Цитировать
 
Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW