ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
09.06.2018 21:03

U-23 AÇ-2018: sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olub. Rəqiblərinə tam üstünlüklə qalib gələn Əfqan Xaşalov və Ənvərbəy Dalqatov finala yüksəlib. Finalda hər iki güləşçimiz Rusiya idmançısına uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənib.  

1/4 finalda uduzan Pənah İlyaslı (70 kq) və Murad Süleymanov (79 kq) isə təsəlliverici görüşlərə qatılıb. Təsəlliverici görüşü qələbə ilə tamamlayan hər iki güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Pənah İlyaslı həlledici görüşü uduzsa da, Murad Süleymanov rəqibinə tam üstünlüklə vaxtından əvvəl qalib gələrək çempionatın bürünc medalına sahib olub.

57 kq 
FİNAL - Əfqan Xaşalov - İbrahim İlyasov (RUS) 4:10
1/2 final - Əfqan Xaşalov - Viktor Lizen (GER) 8:0
1/4 final - Taras Markoviç (UKR) - Əfqan Xaşalov 3:4

65 kq 
FİNAL - Naçin Kuular (RUS) - Ənvərbəy Dalqatov 4:0
1/2 final - Ənvərbəy Dalqatov - Nikitas Dorn (GER) 3:0
1/4 final - Ənvərbəy Dalqatov - Andrii Svirid (UKR) 10:0
1/8 final - Dimitar İvanov (BUL) - Ənvərbəy Dalqatov 4:14

70 kq
Bürünc medal görüşü - Pənah İlyaslı - G. Mxeyan (ARM) 2:6
Təsəlliverici görüş - Botond Qulyas (HUN) - Pənah İlyaslı 0:10
1/4 final - Oleksii Boruta (UKR) - Pənah İlyaslı 6:5
1/8 final - Mihail Georgiev (BUL) - Pənah İlyaslı 3:3*

79 kq
Bürünc medal görüşü - Murad Süleymanov - E.İsmail (BUL) 11:0
Təsəlliverici görüş - Harun Omerhodzic (BİH) - Murad Süleymanov 0:10 (34 san.)
1/4 final - Jhonny Just Bur (FRA) - Murad Süleymanov 4:2
1/8 final - Alans Amirovs (LAT) - Murad Süleymanov 0:10

Görüşləri aşağıdakı linklərdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/u23-senior-european-championships-0

A xalçası
https://livestream.com/unitedworldwrestling/events/8233219

B xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8233223

C xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8233226




Прочитано 7710 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW