ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
31.07.2010 12:51

Yeniyetmə güləşçilərimiz Avropa birinciliyində iştirak edəcək

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
3-8 avqust 2010-cu il tarixdə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin Avropa birinciliyi keçiriləcək. Sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız bu turnirdə iştirak edəcək.

 

Sərbəst güləş üzrə yığmamızı böyük məşqçi Vahid Məmmədov və məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında Ruslan Surxayev (42 kq), Mircəlal Həsənzadə (46 kq), Pərviz İbrahimov (50 kq), Fərrux Ələkbərov (54 kq), Axmednabi Qvarzatilov (58 kq), Muxtar Sadullayev (63 kq), Kamran Yunusov (69 kq), Pərviz Axundov (76 kq), Elcan Yusubzadə (85 kq) və Sultanbek Krapivin (100 kq) təmsil edəcək.

 

Yeniyetmə qızlarımız Avropa birinciliyinə məşqçi Arif Fərmanovun başçılığı altında yollanacaq. Heyətdə Sahilə Ələkbərova (38 kq), Rufanə Yusifova (43 kq), Aydan Səfərli (46 kq), Kəmalə Əliyeva (49 kq), Solmaz Həşimzadə (52 kq) və Fərəh Rəsulova (59 kq) yer alıb.

 

Yunan-Roma güləşçilərimiz mübarizəyə ən sonda qoşulacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyevin rəhbərlik etdiyi yığmamızı Avropa birinciliyində Kərim Cəfərov (42 kq), Murad Məmmədov (46 kq), Hüseyn Abbasov (50 kq), Rəşad Şükürov (54 kq), Rövşən Tağıyev (58 kq), Ceyhun Əliyev (63 kq), Hacımurad Bağmanov (69 kq), Anar Rəsulzadə (76 kq), Hacımurad Çöpsiyev (85 kq) və Röyal Mirzəyev (100 kq) təmsil edəcək.

 

Hakimlər briqadasında beynəlxalq dərəcəli hakimlərimiz Asif Şirəliyev və Elman İsmayılov da yer alacaq.

 

Turnirin proqramına əsasən, avqustun 3-4-də sərbəst güləşçilər, 5-6-da qadın güləşçiləri, 7-8 avqustda isə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyən etməlidirlər.

 

Прочитано 2290 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2