ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
10.02.2015 14:25

Firdovsi Umudov: "Yekəxanalıq, saymazlıq, rəqibi zəif görmək olmaz" MÜSAHİBƏ

Оцените материал
(2 голосов)
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudovun SİA-ya müsahibəsi:

- Firdovsi müəllim, I Avropa Oyunlarına az zaman qalıb. Yığma komandamızın Oyunlara hazırlığı necə gedir?

- Yığma komandamız ilin əvvəlindən təlim-məşq toplanışlarına başlayıb. Millimiz Rusiyanın Kislovodski Olimpiya İdman Bazasında hazırlıq keçib. Bu toplanışda həm əsas, həm də gənclərdən ibarət yığma komandamız iştirak edib. İdmançılarımızın bugünkü durumunu qənaətbəxş hesab edirik. Sevindirici haldır ki, güləşçilərimizin zədələri bərpa olunub. Bu, təlim-məşq toplanışında da özünü göstərdi. İdmançılarımızın hamısı hazırlıq prosesində iştirak etdi və yüklənməni yüksək səviyyədə yerinə yetirdi.

- I Avropa Oyunlarında iştirak edəcək heyət necə müəyyənləşəcək?

- Bütün çəki dərəcələrində rəqabət var. 57 kq-dan 125 kq-a qədər çıxış edən idmançıların hamısı Oyunlarda iştirak etmək üçün iddialıdırlar. Həmin idmançıları qarşıdakı 3-4 turnirdə sınaqdan keçirəcəyik. Fransada keçirilən Qran Pri turniri başa çatdı. Qarşıda Belarusiyada, Türkiyədə,  Bolqarıstanda beynəlxalq turnirlər var. Dünya Kuboku yarışlarında da yüksək yerlər uğrunda yarışacağıq. İdmançılarımzın bu yarışlarda hazırlıq durumuna, psixoloji vəziyyətinə baxıb Avropa Oyunlarında çıxış edəcək heyəti müəyyənləşdirəcəyik.

- I Avropa Oyunlarında medal qazanmaq baxımından hansı çəki dərəcələrində daha çox iddialısınız?

- Bütün çəki dərəcələrində mübarizə aparacaq güləşçilərimizə ümid bəsləyirik. Hansısa idmançıya ümid bəsləməmək məşqçinin zəifliyidir. Məşqçi bütün idmançılarına ümid bəsləməlidir. Səkkiz çəki dərəcəsində çıxış edəcək idmançılarımızın hər biri medal qazanmağa layiq güləşçilərdir. 57 kq-da çıxışları nəzərdə tutulmuş idmançılarımız Avropa çempionatında qalib və mükafatçı olublar. 61 kq-da çıxış etməsi nəzərdə tutulan idmançımız dünya və Avropa çempionudur. 65 kq-da yarışacaq güləşçilərimiz də Avropa və dünya çempionatlarının iştirakçılarıdır. 70 kq-da mübarizə aparacaq idmançımız Ruslan Dibirhacıyev Avropa çempionu, 74 kq-da çıxışı nəzərdə tutulan Cəbrayıl Həsənov Avropa çempionu, ötənilki Avropa çempionatının finalistidir. Həmzət Osmanov Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri turnirinin qalibidir. 97 kq-da çıxış edəcək idmançılarımız da təcrübəli güləşçilərdir. Xetaq Qazyumov Olimpiya mükafatçısı və dünya çempionudur. Başqa çəkidə Olimpiya mükafatçısı və dünya çempionu olmuş Şərif Şərifovun da 97 kq-da çıxışı planlaşdırılır. Cəmaləddin Məhəmmədov dünya çempionatının mükafatçısıdır.

Toğrul Əsgərovunn hazırlıq prosesi isə nəzarətimizdədir. Toğrul Olimpiya çempionudur. Onun qarşıdakı turnirlərdə özünü necə göstərdiyinə baxacağıq.

Mümkün deyil ki, hansısa idmançının güclü və zəif olduğu müyyənləşməsin. Turnirlərdən sonra Avropa Oyunlarının iştirakçıları müəyyənləşəcək.

-  Dünya Kubokundakı rəqiblərinizi necə qiymətləndirirsiniz?

- İran yığması dünyanın güclü komandalarındandır. Türkiyə millisində də güclü idmançılar var. Onların 125 kq-da çıxış edən güləşçiləri Avropa və dünya çempionudur. 97 kq-da çıxış edən idmançıları isə doppinqə düşüb, ancaq onun əvəzinə yenə də güclü güləşçiləri var. 86 və  74 kq-da mübarizə aparan idmançıları da bizə rəqib güləşçilərdəndir.  70 kq-dakı güləşçiləri isə dünya çempionatında medal qazanıb. Qalan çəkilərdə də güclü idmançıları mövcuddur. Belarusiya yığması da zəif deyil. Bizə rəqib komandalardandır. Qrupumuzda zəif komanda yoxdur. Ümumiyyətlə güləşdə zəif rəqib olmur. Biz onların yarışa əsas, ikinci və ya üçüncü heyətləri ilə çıxacaqlarını bilmirik. Buna baxmayaraq hamısının əsas heyətlərini təhlil edirik.

Yığma komandamız dünya reytinqində ilk üçlükdə yer alır. Biz də güclü rəqibik. Yekəxanalıq, saymazlıq, rəqibi zəif görmək olmaz. Qrupumuzdakı komandaların hamısını rəqib sayırıq və qələbə qazanıb güclü olduğumuzu sübut etmək üçün var gücümüzlə mübarizə aparacağıq.

2009-cu ildə yığmamız Dünya Kubokunun qalibi olub, daima ilk üçlükdə yer alıb. 2013-cü ildə yığmamız Dünya Kubokunda köməkçi heyətlə yarışdı və zəif çıxış etdi. 2014-cü ildə isə komandamız Dünya Kubokunda iştirak etmədi. İki illik fasilədən sonra qalib olmağa çalışacağıq. Ən pis halda Dünya Kubokundan medalla qayıtmağı düşünürük.

http://sia.az/az/news/sport/459496-firdovsi-umudov-yekexanaliq-saymazliq-reqibi-zeif-gormek-olmaz


Прочитано 3123 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2