ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
30.07.2014 09:54

Sensasiyalı, sürprizli və ümidverici Qızıl Qran Pri - TƏHLİL

Оцените материал
(0 голосов)
Heydər Əliyevin xatirəsinə həsr olunmuşgüləş üzrə növbəti "Qızıl Qran Pri” Azərbaycan yığmasının 25 medal qazanması ilə yekunlaşdı. Sportnet.az-ın məlumatına görə, 2008-ci ildən keçirilən bu yarış artıq Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqvimində xüsusi yer tutur.

Turnirdə 35 ölkədən 400-dək idmançı mübarizə aparırdı. Böyük mükafat fondunun nəzərdə tutulduğu "Qızıl Qran Pri”də il ərzində keçirilmiş "Qran Pri”lərin qalibləri, eləcə də Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparırdılar. Turnirdə həmçinin İran və Rusiya güləşçiləri də yarışırdılar. Amma bəzi yığmaların heyətlərində titullu idmançılar azlıq təşkil edirdi. Məsələn, Rusiya millisində son Avropa çempionatının qaliblərindən yalnız Zaur Kuramaqomedov yer almışdı. ABŞ və Macarıstan kimi dünya güləş aləmində müəyyən nüfuza malik yığmaların məşqçilər korpusu isə "Qızıl Qran Pri”də əsas heyətin bütün üzvlərinə şans vermişdi.

Ev sahibi olan ölkəmizin hər çəkidə bir neçə idmançı ilə təmsil olunmaq hüququ olduğundan məşqçilər korpusu üçün bu yarış həm də dünya çempionatı öncəsi heyəti müəyyənləşdirmək baxımından önəmli idi.

Bu yarışadək 42 qızıl, 32 gümüş və 55 bürünc medal olmaqla, ümumilikdə 129 medal qazanan Azərbaycan güləş yığması builki yarışın da əsas favoriti sayılırdı. Yarışın ilk günündən iddiasını ortaya qoyan yığmamız proqnozların əbəs olmadığını sübut etdi.


Əliyev, Həsənov və Qazyumovdan növbəti qızıl


İlk gündə mübarizəyə Semyon Çterevin rəhbərlik etdiyi sərbəst güləş yığması qoşuldu. Bolqarıstanlı mütəxəssisin rəhbərlik etdiyi məşqçilər korpusu bu yarışda Olimpiya çempionları Şərif Şərifov və Toğrul Əsgərov istisna olmaqla, demək olar, əsas heyətin bütün üzvlərinə şans vermişdi.Ən yüngül - 57 kq çəkidə yığmanın şərəfini 3 idmançı qoruyurdu ki, onlardan ən yaxşı nəticəni Dağıstan əsilli Əhmədnəbi Qvartzilov göstərdi. Finaladək itkisiz irəliləyən gənc idmançı bu mərhələdə gürcüstanlı VladimirXinçeqaşviliyə xal hesabı ilə məğlub oldu. Yaşar Əliyev və Mahmud Məhəmmədov isə bürünclə kifayətləndi. Əliyev üçün bu nəticə uğurlu hesab olunsa da, neçə vaxtdır elə də ciddi nəticə ilə yadda qalmayan eks-Avropa çempionumuz Məhəmmədov üçün bu nəticə möhtəşəm dönüş kimi xarakterizə oluna bilməz.

61 kq çəkidə isə ölkəmiz son Avropa çempionatının qalibi Hacı Əliyev ilə təmsil olunurdu. Avropa çempionatında hamıdan güclü olmağı bacaran 23 yaşlı pəhləvanımız bu yarışı da akitivinə yazdı. Bütün rəqiblərinə qalib gələn 61 kq-ın lideri mövqeyini bir qədər də möhkəmlətdi.

65 kq-da ölkəmiz 3idmançı ilə təmsil olunurdu ki, onlardan da ən yaxşı nəticəni Məhəmməd Müslümov göstərdi. Finaladək bütün rəqiblərinə qalib gələn legioner idmançı bu mərhələdə amerikalı Metkalfa məğlub oldu. Ağahüseyn Mustafayev isərusiyalı Murtiz Müslümova qalib gələrək yarışların bürünc medalına layiq görüldü.

70 kq-da da geniş heyətlə təmsil olunan yığmamızın əsas ümidi son Avropa çempionu Ruslan Dibirhacıyev olsa da, ən yaxşı nəticə Pekin olimpiadasının iştirakçısı təcrübəli Emin Əzizovdan gəldi. Finaladək itkisiz irəliləyən Əzizov bu mərhələdə Dibirhacıyevi yarımfinalda məğlub edən rusiyalı İsrail Kasumovla bacara bilmədi.Təsəlliverici görüşdə ukraynalı Rostislav Pervaçuku məğlub edən Dibirhacıyev isə bürünc medala layiq görüldü. Bundan başqa digər idmançımız Hacımurad Ömərov da yarışı faxri kürsünün üçüncü pilləsində tamamladı.

74 kq-da isə ölkəmiz iki idmançı ilə təmsil olunurdu. İkiqat Avropa çempionu, iki dəfə dünya çempionatının bürünc mükafatçısı Cəbrayıl Həsənov bu yarışda rəqib tanımadı. Bütün rəqiblərindən açıq-aşkar üstün olan astaralı pəhləvan yalnız İran idmançısı ilə yarımfinal görüşündə çətinlik çəkdi. Final görüşünü də vaxtından əvvəl başa vuran 24 yaşlı pəhləvan növbəti dəfə analoji turnirin qalibi oldu. Onunla yanaşı bu çəkidə mübarizə aparan digər pəhlvan Əşrəf Əliyev üçün isə bu yarış heç nəylə yadda qalmadı. London olimpiadasından sonra ulduzu sönən 26 yaşlı idmançı 1/4 finalda yuxarıda haqqında bəhs etdiyimiz İran güləşçisinə məğlub oldu.

86 kq-da dörd idmançı ilə təmsil olunan yığmamızdan ən yaxşı nəticə Aleksandr Qostiyevdən gəldi. Bürünc medal uğrunda görüşdə komanda yoldaşı İbrahim Yusubovu məğlub edən legioner idmançı yarışları üçüncü pillədə tamamladı.

97 kq-da isə Roman Bəkirov və Xetaq Qazyumovla təmsil olunan yığmamız növbəti qızılı məhz ikincinin sayəsində qazandı. İlk görüşdəcə son Olimpiya Oyunlarının qalibi, ABŞ təmsilçisi Yakob Varneri sıradan çıxaran 32 yaşlı üçqat Avropa çempionumuz finalda olimpiadanın gümüş mükafatçısı, ukraynalı Valeri Andreytsevi məğlub etməklə idmandan getməyin hələ tez olduğunu sübut etdi.

Ən ağır çəkidə isə yığmanın üzvlərindən ən yüksək göstəriciyə çeçen əsilli Aslan Cebişov imza atdı. Belaruslu dünya çempionu Aleksey Şemarov zədələndiyindən, Cebişova texniki qələbə verildi. Uzun illərdir - 2009-cu il Avropa çempionatından bəri heç bir nəticə göstərməyən Əli İsayev isə bu dəfə də əliboş qaldı.

Toplam 3 qızıl, 3 gümüş 7 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında birinci olub.

Yenə də Stadnik və Ratkeviç


Qızıl Qran Prinin ikinci günü isə xalça qadın güləşçilərin ixtiyarına verildi ki, yığma komandamızın hesabına medalları ənənəvi uğurlular - Mariya Stadnik və Yuliya Ratkeviç yazdı. Hər iki idmançı bütün rəqiblərinə qalib gələrək yarışların qalibi adını qazandı. Dünya qadın güləşinin liderlərindən sayılan bu iki idmançıdan başqa yığmanın heyətində mübarizə aparan güləşçilərdən heç biri bürünc medala da layiq görülmədi. Bu da məşqçilər korpusunu həyəcanlandırmaldır.



Bayramovun uğursuz, Hüseynovun möhtəşəm dönüşü. Məmmədovdan əsl sensassiya



Yarışların sonuncu günündə isə mübarizəyə Yunan-Roma güləçiləri qoşuldu. Cəmşid Xeyrəbadinin rəhbərlik etdiyi iranlı məşqçilər korpusu bu yarışda demək olar, əsas heyətin bütün üzvlərinə şans vermişdi. Hətta uzun müddətdir döşək üzərində görünməyən Rövşən Bayramovun yarışlarda iştirakı bir qədər gözlənilməz oldu.

Ən yüngül çəkidə - 59 kq-da ölkəmizi 4 idmançı təmsil edirdi. Onların arasında yuxarıda adını çəkdiyimiz Rövşən Bayramovdan başqa ikiqat Avropa mükafatçısı Kamran Məmmədov və gənclər arasında dünya və Avropa çempionu Orxan Əhmədov da var idi. Lakin gözlənilənlərin əksinə, ən yüksək nəticə indiyədək ölkədaxili yarışılardan savayı hər hansı ciddi uğura nail ola bilməyən Taleh Məmmədovdan gəldi. Bütün rəqiblərinə qalib gələn T.Məmmədovyarışların əsas sürprizi oldu. Yarımfinalda iranlı idmançıya məğlub olan K.Məmmədov isə bürünc medal qarşılaşmasında son Avropa çempionu, bolqarıstanlı Aleksandr Kostadinovu açıq-aşkar üstünlüklə məğlub edərək T.Məmmədovu fəxri kürsüdə tək buraxmadı. Orxan Əhmədov və Rövşən Bayramov ilk görüşlərindəcə mübarizəni dayandırmalı oldu. Əhmədovun böyüklərin yarışlarında hər hansı ciddi uğura atmaması onun çıxışına elə də böyük ümid doğurmurdu. Lakin Bayramovun startdaca güləş aləmində elə də tanınmayan Norveç idmançısı Stiq Andre Berqeyə uduzması yarışın əsas sensassiyalarından biri oldu.

66 kq-da isə ölkəmizi 3 idmançı təmsil edirdi. Onların arasında qızıl medala əsas iddialı idmançı isə şübhəsiz ki, dünya və Avropa çempionu Həsən Əliyev idi. Finaladək itkisiz irəliləyən Əliyevi bu mərhələdə London yay Olimpiya Oyunlarının yarımfinalında məğlub olduğu gürcüstanlı Revaz Laşki gözləyirdi. Vitse-olimpiya çempionu ilə görüş Əliyev üçün kiçik revanş xarakteri kəsb edirdi ki, rəqibini xal hesabı ilə məğlub edən idmançımız fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. Startdaca son Avropa çempionu - rusiyalı Zaur Kuramaqomedovu məğlub etməklə adından söz etdirən Rövşən Tağıyev isə bürünc medal görüşündə məğlub olmaqla, yarışı əliboş tərk etdi. Digər idmançımız Azad Əliyev isə hər hansı nəzərəçarpacaq çıxışla yadda qalmadı.

71 kq çəki dərəcəsində isə ən yüksək nəticəni son Avropa çempionatının gümüş mükafatçısı tələbələrin yay universiadasının qalibi Rəsul Çunayev göstərdi. Finaladək gələn Çunayevibu mərhələdə Avropa çempionatında yenildiyi macarıstanlı Tamas Lorins gözləyirdi. Revanş baş tutmadı. Bu dəfə tuşe ilə olmasa da, xal hesabı ilə məğlub olan Çunayev "atalar üçdən deyib” məsəlinə əsaslanıb, qarşıdan gələn dünya çempionatını gözləməlidir. Bürünc medal uğrunda görüşdə İran güləşçisinə qalib gəlməklə Rəsulu fəxri kürsüdə tək buraxmayan Əliyev üçün isə Bakı turnirini əlamətdar hesab etmək olar.

75 kq-da isə Rafiq Hüseynovun möhtəşəm dönüşü qeydə alındı.Bütün rəqiblərini məğlub edən eks-Avropa çempionu uzunmüddətdir davam edən susqunluğu pozdu.

80 kq çəki dərəcəsində isə ölkəmiz kifayət qədər titullu idmançılarla təmsil olunurdu. Bunlar London Olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov, dəfələrlə Avropa çempionatının mükafatına layiq görülən Elvin Mürsəliyev idi. Yarımfinalda macar Peter Bacşiyə məğlub olmaqla ümidini bürüncə bağlayan Əhmədov bu mərhələdə London olimpiadasında birlikdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdığı litvalı Aleksandr Kazakeviçə məğlub oldu. Mürsəliyev isə bu il Avropa çempionatında qazandığı bürüncə qızıl əlavə etdi. Finalda çempionatın bürünc medalı uğrunda qarşılaşmasında məğlub etdiyi Bacşini bir daha məğlub etməyi bacaran 29 yaşlı idmançı, heç də karyerasının qürub çağını yaşamadığını sübut etdi.

Son dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasibi isə 85 kq çəkidə fərqləndi. O yalnız finalda məğlub olaraq ikinci oldu.

98 kq-da isə yeganə medal Şalva Qadabadzedən gəldi. Son vaxtlar elə də uğurlu çıxışla fərqlənməyən bu çəkidə yığmanın şəksiz lideri komanda yoldaşı Araz Həsənovu bürünc medal qarşılaşmasında məğlub etməklə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı.

Sabah Şəriəti və Səbuhi Hümbətovla təmsil olunduğumuz ən ağır çəki dərəcəsində - 130 kq-da isə yığmamız bir medalla yadda qaldı. Yalnız finalda gürcü idmançıya məğlub olan iranlı legioner bununla da yığmamızın heyətində ilk ciddi uğuruna imza atdı. Şəriətiisə bürünc uğrunda görüşü əldən verməklə medal ümidini gələn yarışlara saxlamalı oldu.

Ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan klassiklərimiz üçün bu yarışı uğurlu adlandırmaq olar. Türk sələflərinə nisbətdə Xeyrəbadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəticələri xeyli qənaətbəxşdir.

Qadın güləşi üzrə yığmanı çıxmaq şərtiylə, Sərbəst və Yunan-Roma yığmalarının qazandığı nəticələr qarşıdan gələn dünya çemponatında da millimizin kifayət qədər zəngin medal kolleksiyası ilə yadda qalacağına zəmin yaradır.

http://sportnet.az/az/view/2168/sensasiyali-surprizli-umidverici-qizil-qran-pri/


Прочитано 1236 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2