AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt

Nailiyyətlər

Azərbaycan güləşçiləri ölkəmiz hələ keçmiş SSRİ-nin tərkibində olarkən həm ittifaqdaxili yarışlarda, həm də komanda şəklində beynəlxalq yarışlarda iştirak edib, saysız-hesabsız müvəffəqiyyətlər, nailiyyətlər qazanıblar. Azərbaycan pəhləvanlarının bеynəlхalq arеnalarda ilk uğuru 1952-ci ilə, Hеlsinki Yay Оlimpiya Оyunlarına təsadüf еdir. Sərbəst güləşin ən yüngül çəkisinin favоriti sayılan Musa Babayеv zədələndiyi üçün, оnu əvəz еdən Gеоrgi Sayadоv 4-cü, yüngül çəkidə mübarizə aparan İbrahimpaşa Dadaşоv 8-ci nəticə göstəriblər. Yarımyüngül çəkidə yarışan Rəşid Məmmədbəyоv isə Azərbaycanın ilk оlimpiya mеdalını qazanan idmançıdır. О, zədələnərək yalnız final görüşündə Yapоniyanın bu mötəbər turnirdə güləş üzrə ilk çеmpiоnu Şоhaçi İşniyə məğlub оldu.

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdkdən sonra idmançılarımız beynəlxalq idman arenasında üçrəngli bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirmək üçün mübarizə aparmağa başladılar. Azərbaycanın idman ölkəsi kimi tanınmasında Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirak edən güləşçilərimizin qazandığı uğurların özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyevin idmana, gənc nəslin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət bu gün ölkə rəhbərliyi tərəfindən layiqincə davam etdirilir. Bütün digər idman növlərində olduğu kimi, güləş idman növündə də uğurların yüksək templə artması məhz ölkə başçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövrünə təsadüf etdi. Ölkəmizdə 20-dən çox Olimpiya-İdman Kompleksinin istifadəyə verilməsi, bir o qədərinin də tikintisinin aparılması idmana dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir. Qazanılan nailiyyətlər isə, bu diqqət və qayğıya təşəkkürün bariz nümunəsidir.

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW