AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.01.2017 15:22

Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın Azərbaycan modeli var

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)



Firdovsi Umudov: Güləşçilərimizin məqsədi 4-cü İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etməkdir
Arxada qoyduğumuz 2016-cı il bir sıra mühüm hadisələrlə əlamətdar oldu. Bu baxımdan idmanın inkişafı, ölkəmizdə mühüm tədbirlərin keçirilməsi ənənəsi 2016-cı ildə də davam etdi. Bakıda reallaşan “Formula 1” yarışı, Şahmat Olimpiadası və digər mühüm idman yarışları Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına daha bir töhfə oldu. Bununla yanaşı, idmançılarımızın 2016-cı ildə dünya və qitə birinciliklərində, Rio-de-Janeyroda keçirilən yay Olimpiya Oyunlarında qazanılan qələbələri 2016-cı ili daha da yaddaqalan etdi. Ötən il idman sahəsində qazanılan uğurlarla bağlı fikirlərini qəzetimizlə bölüşən sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov da ölkəmizdə idmanın inkişafı istiqamətində planlı şəkildə iş aparıldığını diqqətə çatdırıb. Beləliklə, müsahibimz sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovdur:
- Firdovsi müəllim, 2016-cı il ölkə idmanında hansı yeniliklər və uğurlarla yadda qaldı? 
- 2016-cı il ölkəmizin idmanın inkişafı baxımından olduqca məhsuldar sayıla bilər. Ötən il idmançılarımız mühüm beynəlxalq yarışlarda yüksək nəticələrə imza atmağı bacarıblar. Təbii ki, 2016-cı ilin ən əhəmiyyətli idman yarışı yay Olimpiya Oyunları sayıla bilər. Bu yarışda iştirak edən Azərbaycan Milli Olimpiya Komandası mühüm bir uğur, tarixi bir nəticə əldə etdi. 200-dən çox ölkənin qatıldığı bu idman yarışında 56 nəfərlik heyətlə çıxış edən Azərbaycan yığma komandası 18 medal əldə etdi ki, bu da komanda üzvlərinin sayı nisbəti baxımından birinci göstəricidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ilin sonunda idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdiyi kimi, bu, həm bizim idmançılarımızın, həm də dövlətimizin gücünü nümayiş etdirir. Qeyd etmək vacibdir ki, Rio Olimpiadasında Azərbaycan yığması Avropa məkanında 7-ci, medalların sayına görə dünyada 14-cü oldu. Say nisbətinə görə MDB və postsovet məkanında 2-ci, islam dünyasında isə birinci olduq. Sərbəst güləş üzrə yığma komandamız da yarışda 6 çəki dərəcəsi üzrə mübarizə apardı və 5 medal qazandıq. Biz komanda hesabında ABŞ, Rusiya, Kuba, Yaponiya, Türkiyə kimi tanınmış güləş ölkələrinin arasında birinci olduq. Bir daha vurğulamaq istərdim ki, əldə edilən bu yüksək nailiyyətin arxasında ölkəmizdə idmana, idmançılara göstərilən diqqət və qayğı dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman idmançıların yanındadır və bizlər Prezidentimizin dəstəyini hər an hiss edirik. Ötən ilin sonunda idman ictimaiyyəti ilə görüşündə də ölkə Prezidenti idmançılarımızı, məşqçilərimizi mükafatlandırdı. Mən möhtərəm Prezidentimiz tərəfindən “Şöhrət” ordeni, Fəxri Diplomla, ötən il isə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bundan başqa, digər məşqçilərimiz və idmançılarımız ötən il göstərdikləri nailiyyətlərə görə mühüm mükafatlarla mükafatlandırılıblar. 
- Ümumiyyətlə, son illərdə ölkəmizdə dünya miqyaslı turnirlərin keçirilməsi ənənəsi formalaşıb. Bunu nə ilə əlaqələndirmək olar?
- Ölkəmizdə idmanın inkişafı ilə bağlı uzunmüddətli, planlı addımlar atılır ki, bu özünü əldə olunan uğurlu nəticələrdə göstərir. Ötən dövrdə qəbul edilmiş Dövlət proqramlarında, eləcə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı olan layihələrdə yer alan idman infrastrukturlarının yenilənməsi, təmiri və tikintisi ilə bağlı məsələlər öz həllini tapıb. Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Vaxtilə idman qurğularının tikintisində zona prinsipi əsas götürülürdüsə, bu gün hər bir rayonumuzda yüksək səviyyəli idman kompleksləri tikilib istifadəyə verilib. O cümlədən kiçiktutumlu məşq zalları, paytaxt və ona yaxın ərazilərdə böyük idman arenaları inşa olunub. Yaradılan şəraitlə yanaşı ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət də olduqca yüksəkdir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmizin Olimpiya hərəkatındakı yeri olduqca böyükdür. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Ölkə Prezidenti, möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti Azərbaycanı dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Yeri gəlmişkən, ötən ilin sonunda möhtərəm Prezidentimiz İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ümumilikdə idman ictimaiyyətini bir daha sevindirdi. Məhz Prezident İlham Əliyevin səyləri sayəsində gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun - gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. 
- Firdovsi müəllim, Azərbaycan pəhləvanları - güləşçilərimizin 2016-cı ildə göstərdikləri nəticələri necə qiymətləndirmək olar?
- 2016-cı il Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Yığma komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və Dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıblar. Qeyd etdiyimiz kimi, XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı, Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatı, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı güləşçilərimiz üçün uğurlu olub. Fransanın Makon şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 8 medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Dünya çempionatında isə güləşçilərimiz 10 medal qazanıblar. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstəriblər.
Yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıb. Bu medalların 45-nin əyarı qızıl, 38-i gümüş və 86-nın əyarı isə bürünc olub.
2016-cı il ərzində güləşçilərimiz 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıblar. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb. 
Əminəm ki, 2017-ci il də idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ili olacaq. Belə ki, ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin qarşısında bu yarışda da uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etmək məqsədi durur.
- Bu gün Azərbaycan komandaları bütün dünyada ciddi rəqib kimi qəbul olunurlar. Bu amil ölkəmizdə idmanın kütləviliyinə nail olunduğunu deməyə əsas verirmi?
- Bəli, ölkəmizi artıq bütün dünyada tanıyırlar. İştirak etdiyimiz yarışlarda, dünya çempionatlarında, qitə birinciliklərində Azərbaycan komandasına ciddi rəqib kimi yanaşılır. Bütün idman növlərində inkişaf göz önündədir. Bu uğurların əsasında isə Azərbaycanda idmana göstərilən dövlət qayğısı dayanır. İdmançılarımız, eləcə də güləşçilərimiz dövlət başçısının göstərdiyi etimadı doğrultmaq üçün bütün gücünü ortaya qoyur. Dünyanın əksər dövlətlərində idmanın inkişafı üçün bu qədər iş görülməyib. Bu mənada Azərbaycan idmançılarının bəxti gətirib. Gənclərimizin idmana marağının artırılması istiqamətində layihələr həyata keçirilir. İnanıram ki, Azərbaycan idmançıları dövlətimizin, xalqımızın adını daha da ucaltmaq, üçrəngli bayrağımızı hər zaman yüksəklərdə dalğalandırmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklər.

http://www.yeniazerbaycan.com/Idman_e33150_az.html 




Oxu 2168 dəfə
Tweet

Comments   

 
0 #1 Tisha 2017-02-06 06:47
Hello there, just became alert to your blog through Google, and found that it's really informative.

I am going to watch out for brussels. I'll be grateful if you continue this in future.
Many people will be benefited from your writing.
Cheers!

Look into my page; Faux Leather Shirts For
Boys: http://1257.Net.cn/comment/html/index.php?page=1&id;=17917
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW