AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.01.2015 13:27

"İranla eyni qrupda olmaq fəlakət deyil" - MÜSAHİBƏ

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev brifinq keçirib. Əliyev Sportnet.az-ın da suallarını cavablandırıb...

- Azərbaycan güləşçiləri məsuliyyətli dövrə qədəm qoyur. Avropa Oyunlarına və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya lisenziya xarakterli dünya çempionatına hazırlıq necə gedir?

- Avropa Oyunlarına az vaxt qalıb. Yeni ilin ilk günlərindən hər üç komandamız - sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız təlim-məşq toplanışına başlayıb. Gələn həftədən komandalar müəyyən yarışlara yollanacaqlar. Bu yarışlar da Avropa Oyunlarına hazırlıq mərhələsi kimi gedir. Bizim üçün Dünya Kuboku da önəmlidir. Hər 3 komandamız bu yarışa vəsiqə qazanıb. Yunan-Roma güləşçilərimiz İranda, sərbəst güləşçilər ABŞ-da, qadınlardan ibarət komandamız Rusiyada çıxış edəcəklər.  

- Hədəfiniz nədən ibarətdir?

- Hədəflərimiz həmişə olduğu kimidir. Güləşin üzərində böyük bir məsuliyyət var və idmansevərlər güləşçilərdən böyük nəticə gözləyirlər. Hesab edirik ki, hər üç komandamız kifayət qədər hazırdır və təcrübələri var. Avropa Oyunlarında da güləşçilərimiz Azərbaycan xalqını sevindirəcək.

- Avropa Oyunlarına güləş yarışlarına ilk günlərdən start veriləcək. Bu, pəhləvanlarımızın psixoloji durumuna necə təsir edə bilər?

- İlk gündən güləş yarışlarının olması idmançı üçün psixoloji cəhətdən hansısa problem yarada bilər. Ancaq biz evdə güləşirik və bu da bizim üçün üstünlükdür. Avropa Oyunlarından sonra ABŞ-ın Los Anceles şəhərində önəmli dünya çempionatı keçiriləcək. Oradan da 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanılacaq. Ona görə də qüvvələrimiz elə tənzimləməliyik ki, həm Avropa Oyunlarında, həm də dünya çempionatında nəticə qazanaq. Olimpiadaya nə qədər çox lisenziya qazansaq, hazırlaşmaq da daha rahat olar.

- Bu yaxınlarda atılan püşk nəticəsində Azərbaycanın hər üç növ üzrə güləş yığmalarının rəqibləri müəyyənləşdi. Püşkatmanın nəticələrini necə dəyərləndirirsiniz?

- İran millisi ilə eyni qrupda yer almaq fəlakət deyil. Çempionatın İranda keçirilməsi böyük ajiotaj yaradır. Bu dəfə İrana komandamız birinci heyətlə yollanacaq və düşünürəm ki, yaxşı da nəticə qazanacağıq. Komandamız bütün növlərdə stabildir. Ümid edirik ki, maraqlı görüşlər olacaq.

- Bəs güləş yarışları zamanı geyim formalarında və döşəyin rəngində edilən dəyişikliklərlə bağlı nə fikirdəsiniz?

- Fikrimcə, bu, düzgün addımdır. Çünki idarəçilik vaxtı indiki geyim hardasa hakimin hərəkətini məhdudlaşdırır. Döşəyin rənginin dəyişdirilməsinə gəlincə, ola bilsin burada da hansısa məntiq var. Hesab edirəm ki, normal haldır. Bu müasir işlər həyata keçirildikdən sonra mənə elə gəlir ki, daha çox gənci idmançı yox, tamaşaçı kimi də cəlb etmək mümkün olacaq. 

- Bu yaxınlarda 2 hakimimizə olimpiya dərəcəsi verilib. Hakimlərimizin dərəcələrinin artırılması istiqamətində hansı işlər görülür?

- Bu istiqamətdə işlərimiz gedir. Hakimlərimizin bizi uğurla təmsil etmələri üçün onları yetişdirməliyik. Əks halda, bizi beynəlxalq görüşlərdə təmsil edə bilməzlər və bu da bizim üçün böyük problem olar. S dərəcəsi alan İntiqam Alıyev və Hicran Şərifovun da kifayət qədər təcrübələri var.

http://sportnet.az/az/view/6980/iranla-eyni-qrupda-olmaq-felaket-deyil/?


Oxu 3013 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW