AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.08.2013 15:32

“Qızıl fit” sahibi Azərbaycan Hakimlər Kollegiyasının Sədri oldu – ÖZƏL

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Güləş federasiyasının rəhbər postlarından birində dəyişiklik baş verib. "Rekord.az" xəbər verir ki, federasiya rəhbərliyi Hakimlər Kollegiyasının Sədri beynəlxalq dərəcəli hakim Qərib Əliyevlə yolları ayırıb. Bundan sonra bu postu əcnəbi hakim tutacaq. Azərbaycan Hakimlər Kollegiyasının yeni sədri iranlı mütəxəssis Bəhmən Talibi tutacaq.

Bununla bağlı federasiyanın baş katibi Əjdər Cəfərovla əlaqə saxladıq:“ Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və 1-ci vitse-prezident Namiq Əliyevin göstərisinə əsasən yeni güləş qaydalarının idmançılarımıza və bu sahədə ölkəmizə xidmət edən şəxslərə çatdırılması yönündə addım atdıq. Dəyişiklik nəticəsində Qərib Əliyevi tanınmış hakim, 4 olimpiya oyunlarında ədaləti qorumuş Bəhmən Talibi tutdu. O, 10-15 dünya çempionatında ən yaxşı hakim seçilib. “Qızıl fit” nominasiyasında qalib olub. Talibi bizim hakimlərin öyrədilməsi, beynəlxalq dərəcəli hakimlərimizin sayının artırılması yönündə işə başlayıb. O həmçinin yığma komanda üzvlərinə yeni qaydaların çatdırılması yönündə də önəmli işlər görəcək”.

http://rekord.az/news/p:1409
Oxu 3645 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW