AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.04.2013 23:18

“Əgər onlar yaxşı uğur qazanarlarsa...” - FOTOLAR

Materialı qiymətləndirin
(0 səs)
Dünən “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilər mübarizəyə qoşulub. 

Keçirilən yarışla bağlı olimpiya çempionu olmuş veteran güləşçi və Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev Publika.Az-a müsahibə verib. 

N.Abdullayev müsahibəsində bu yarışın keçirilmə məqsədi və burada qələbə qazanmağın idmançılara nə kimi şanslar verməsinə toxundu. Həmçinin o bildirib ki, bu yarışların keçirilməsi idmançılarımız üçün üstünlüyü var.


- Bu gün bu yarışın keçirilməsində əsas məqsəd nədən ibarətdir?
- İlk olaraq onu deyim ki, bu yarış Azərbaycan Güləş federasiyasının rəhbərliyi və məşqçiləri tərəfindən təsdiqlənib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. Artıq 4-cü dəfədir ki, bu turnir təşkil olunub. Keçirilən bu turnir FİLA-nın qeydiyyatına alınıb və əsas yarışlardan hesab olunur. Buradakı əsas məqsəd idmançılarımızın daha da beynəlxalq yarışlara, Avropa və dünya çempionatlarına hazırlıqlarını sübut etsinlər. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.


- Turnirə hansı ölkələrdən idmançılar qatılıb?
- Bu açıq turnirdə 10 ölkənin pəhləvanları öz gücünü sınayır. Yəni turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edir. Burada iştirak etmək idmançılarımız üçün böyük stimul yaradacaq. Bu turnirlər vacib yarışlardır.
AGF tərəfindən bütün şərait yaradılıb, təşkilatçılıq üçün lazımi işlər görülüb. İdmançılarımız sərbəst şəkildə öz ustalıqlarını nümayiş etdirirlər və qazandığı yerlərdən də asılı olacaq ki, onlar digər təlim məşq toplantılarında iştirak etsinlər.


- Burada qələbə qazanmaq idmançılarımız hansı şansları verəcək?
- Bilirsiniz ki, həm yunan-Roma, həm də sərbəst güləş üzrə yarışlar keçirilir. Həm yeniyetmələrdən ibarət həm də  gənclərdən ibarət yığma komandalar öz güclərini sınayır. İlk gün yeniyetmələrdən ibarət yunan- Roma güləş keçirilib. İkinci gün isə gənclərdən ibarət yunan- Roma güləşi keçiriləcək. Aprel ayının 20-21-də sərbəst güləşçilər–müvafiq olaraq yeniyetmələrin, daha sonra isə gənclərin yığma komandası döşək üzərinə çıxacaqlar.


Artıq gənclərdən ibarət Respublika çempionatı olub. Burada isə sırf seçimlər olacaq. Çünki Respublika çempionatında 1, 2 və 3-cü yerləri tutmuş idmançılar artıq özlərini təsdiq ediblər. Onlar artıq beynəlxalq turnirdə öz güclərini sınayıb, yaxşı uğurlar qazanarsa, məşqçilər də onları Avropa çempionatına aparmağı məqsədyönlü sayacaqlar. Əlbəttə ki, bu turnirdə qələbə qazananlar digər beynəlxalq yarışlara haqq qazanacaqlar.


- Bəs burada iştirak edən idmançılarımız içərisində daha böyük turnirlərə namizəd göstəriliblərmi?
- Əlbəttə, burada iştirak edən idmançılarımız artıq özlərini Avropa və dünya çempionatlarında təsdiq etmiş güləşçilərdir.  


- Bundan sonra yaxın zamanlarda idmançılarımızı hansı turnirlər gözləyir?
- Dediyim kimi, burada uğurla çıxış edən idmançılarımız Avropa və dünya çempionatlarında iştirak edə bilmək hüququ qazanacaq.


Aygün İlqarqızı

http://www.publika.az/index.php?action=static_detail&static_id=46531

Oxu 3631 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW