AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.03.2013 10:30

Saypulla Absaidov: 3-4 medal qazanacağımıza inanıram - MÜSAHİBƏ

Materialı qiymətləndirin
(0 səs)
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidovun apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına müsahibəsi
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidovun apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına müsahibəsi

- Sabah Avropa çempionatına start veriləcək. Komandanı yarışa tam hazır hesab etmək olarmı?
- Bəli, yığmanın hər bir üzvü çempionata hazırdır. Yarış öncəsi təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçib və onlar özlərini burada doğrultmalıdırlar.

- Heyətdə Olimpiya çempionlarımız – Toğrul Əsgərovla Şərif Şərifovun olmaması nə ilə bağlıdır?
- Bu dəfə onlara istirahət vermişik. Yeni Olimpiya tsiklində Avropa çempionatı ilk yarışdır. Biz London Olimpiadasından uğurlu nəticə ilə dönmüşük. Tiflisə də yaxşı komanda ilə gəlmişik. Avropa çempionatında Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) istisna olmaqla, gənclərə şans yer vermişik. Bu onları sınamaq baxımından gözəl şansdır. Fikrimcə, heyətdəki hər bir güləşçi yaxşı nəticə ilə ümidləri doğruldacaq.

- Həmin güləşçilər arasında hansıları fərqləndirirdiz?
- Mən komandanın hər bir üzvündən uğur gözləyirəm. Ancaq Hacı Əliyevlə (60 kq) Aleksandr Qostiyevə (74 kq) ümidlər daha böyükdür. İnanıram ki, onlar yarışda özlərini yaxşı tərəfdən göstərə biləcəklər.

- Bəs ümumilikdə komandadan təxminən neçə medal gözləyirsiz?
- Mən inanıram ki, 3-4 medal qazanacağıq. Ancaq bunun neçəsinin qızıl olacağını dəqiq deyə bilməyəcəm.

http://www.apasport.az/xeber_Saypulla_Absaidov-_3-4_medal_qazanaca%C4%9F%C4%B1m%C4%B1za_inan%C4%B1ram_-_M%C3%9CSAH%C4%B0B%C6%8F_72618.html
Oxu 7736 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW