AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.02.2013 22:10

Toğrul Əsgərov: "Doğrudan da, xəbər hamımız üçün üzücü oldu"

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin güləşin Yay Olimpiya Oyunlarından çıxarılması ilə bağlı  tövsiyə xarakteri daşıyan məlum qərarı qəbul etməsi bir sıra güləş ölkələrində olduğu kimi, Azərbaycanda da narazılıqla qarşılanıb.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin güləşin Yay Olimpiya Oyunlarından çıxarılması ilə bağlı  tövsiyə xarakteri daşıyan məlum qərarı qəbul etməsi bir sıra güləş ölkələrində olduğu kimi, Azərbaycanda da narazılıqla qarşılanıb. Bu idman növünün 2020-ci ildə keçiriləcək olimpiya oyunlarının proqramına salınmasının mümkünlüyü bu sahədə çalışanların-federasiya işçilərinin, məşqçi və idmançıların eləcə də idmansevərlərin narahatçılığına səbəb olub. Bu da təsadüfi deyil.
Milli idman növümüz olan güləş həm respublikamızda həm də onun hüdudlarından çox-çox uzaqda olduqca sevilir və böyük populyarlığa malikdir.

Sevimli peşəsinin planetin ən böyük yarışından çıxarılması digərləri kimi, olimpiya çempionumuz Toğrul Əsgərov üçün də gözlənilməz olub.
London 2012-nin qəhrəmanı televiziyamıza açıqlamasında belə bir qərarın qəbul edilməsinin anlaşılan olmadığını bildirib.

Olimpiya çempionu Toğrul Əsgərov: “Bu barədə məsələnin qaldırılacağını düşünə belə bilməzdik. Doğrudan da, xəbər hamımız üçün üzücü oldu.
Xüsusən də güləşçilər çox heyfsləndi. İnanmaq istərdik ki, son nəticədə məsələ öz müsbət həllini tapacaq və güləş yenidən olimpiya oyunlarına salınacaq. Buna çox ümid edirik. Olimpiada hər bir idman növü və idmançı üçün zirvədir. Hamı bu yarışda iştirak etmək və nəticə qazanmaq istəyir. Həmçinin də mən. Ona görə istəmərəm ki, güləş olimpiya oyunlarından çıxarılsın”.

Güləş o idman növlərindəndir ki, ilk olimpiya oyunlarından yarış proqramına salınıb. Bu dövr ərzində yalnız 1900-cü ildə reallaşan olimpiya oyunlarında pəhləvanlar mübarizə aparmayıb. Güləşin dünyanın ən mötəbər turnirindən çıxarılması Rusiya, İran, Türkiyə və digər ölkələrlə yanaşı, Azərbaycanda da bu idman növünə böyük zərbə ola bilər. Olimpiaçılarımızın indiyə qədər əldə etdiyi 27 medaldan 14-ü güləşçilərin payına düşür. 6 olimpiya çempionumuzdan 4-ü güləşçidir.

“Bildiyiniz kimi, güləşçilərimiz olimpiya oyunlarında həmişə layiqincə mübarizə apararaq ölkəmiz adına mükafatlar qazanıblar. Pəhləvanlarımız qatıldıqları bütün olimpiadalarda uğurlu çıxışla azarkeşləri sevindiriblər. Son oyunlarda əldə olunan 10 medaldan 7-si güləşçilərin payına düşüb. Məncə, bu, hər şeyi deyir. Ona görə, məşğul olduğumuz idman növünün olimpiadadan çıxarılması bizim üçün qəbulolunmazdır”, - T.Əsgərov deyib.

Toğrul Əsgərovdan karyerası ilə bağlı güləşsevərləri maraqlandıran sulallara da cavab aldıq. London Olimpiya oyunlarından xeyli vaxt ötsə də, çempionun yarışlara dönüşü  reallaşmayıb. Hazırda Gəncədə yetirməsi olduğu Təhsil Respublika İdman Mərkəzində məşqlərini şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında davam etdirən güləşçinin bu yaxınlarda Türkiyədə keçirilən Yaşar Doğu turnirində iştirakı gözlənilsə də, bu baş vermədi.

“Məşqlərimi stabil olaraq davam etdirirəm. İstər Gəncədə, istərsə də Bakıda olanda məşqsiz dayanmıram. Martın 3-də paytaxtda yığma komandanın tərkibində əsas hazırlıq prosesinə qatılacam. Düzdür, yığma məşqçiləri ötən ilin sonlarında belə qərar vermişdilər ki, 2013-cü ildəki ilk yarışım Yaşar Doğu turniri olsun. Amma sonradan məqbul sayıldı ki, Türkiyəyə getməyim və bir müddət hələ gözləməliyəm. Əsas istəyim kişilər arasında dünya çempionu olmaqdı. Bir dəfə gümüş mükafatçı olmuşam. Hazırda əsas hədəfim budur. Elə mütəxəssislər də sentyabrda keçirilən dünya çempionatında döşək üzərində çıxışımı istədilər. Ona kimi güman ki, hər hansı bir yarışa qatılmayacam”, olimpiya çempionu əlavə edib.

Nəzərinizə çatdıraq ki, gəncəli güləşçinin çəkisi ağırlaşıb. 60-kq çəkidə olan olimpiya çempionu Əsgərov çəkisini 66-kq a dəyişib.

http://www.milli.az/news/sport/170688.html
Oxu 3972 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW