AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.02.2013 16:58

FİLA bəyanat yaydı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Güləş dünyası Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarından çıxarılması ilə bağlı tövsiyəsindən üzgündür”.
“Güləş dünyası Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarından çıxarılması ilə bağlı tövsiyəsindən üzgündür”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Beynəlxalq Güləş Federasiyasının (FİLA) yaydığı rəsmi bəyanatda əks olunub.

Bəyanatda son günlər dünya idman mətbuatının gündəmini zəbt edən məsələyə münasibət bildirilib. Qeyd olunur ki, güləşin olimpiadadan çıxarılmasının müzakirə edilməsi bu idman növünün inkişafına xidmət edə bilər: “Biz bu qərara güləş üçün müsbət dönüş nöqtəsi olmaq imkanı kimi yanaşırıq. Bir şeyi dəqiq söyləmək olar: vəzifəmiz vəziyyəti indiki hala gətirən bütün çatışmazlıqları aradan qaldırmaqdır. Biz Beynəlxalq Olimpiya Komitəsinin mövqeyini qəbul edirik və məsləhətləri ilə tanış olmuşuq. Hər birimiz bu idman növünün yaxşılaşdırılması üçün bütün addımları atmalıyıq ki, Olimpiya proqramındakı mövqeyimizi qoruyaq və zamanla ayaqlaşaraq inkişaf edək”.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi az öncə güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakteri daşıyan qərar qəbul edib. Bunun ardınca isə FİLA prezidenti Rafael Martinetti istefa verərək, vəzifəsindən gedib.

http://www.apasport.az/xeber_F%C4%B0LA_b%C9%99yanat_yayd%C4%B1_71151.html
Oxu 4491 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW