AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.11.2012 11:22

Fransalı güləşçilər Göyçayda keçirilmiş Nar bayramında iştirak etmişlər

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Xəbər verdiyimiz kimi, Fransanın Leql şəhəri merinin müavini İzabel Klyuşun rəhbərlik etdiyi güləşçilərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Göyçay, 3 noyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, Fransanın Leql şəhəri merinin müavini İzabel Klyuşun rəhbərlik etdiyi güləşçilərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AzərTAc xəbər verir ki, noyabrın 3-də qonaqlar Göyçayda keçirilən VII Nar bayramında iştirak etmişlər.
Fransadan olan nümayəndə heyətinə Nar bayramının tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bayram ilk dəfə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilmişdir. Bayramda Göyçayın müxtəlif kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramları təşkil olunur.
Fransalı qonaqlar Azərbaycan mətbəxinin xoş təamlarını dadmış və onlara nardan hazırlanmış müxtəlif yeməklər təqdim olunmuşdur.
Göyçaylı gənclərlə yoldaşlıq oyunu keçirilən fransalı güləşçilər Nar bayramından xoş təəssüratlarla ayrılmışlar.


http://azertag.com/node/1019930
Oxu 2533 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir Борец Али Исаев стал победителем турнира в России »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW