AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.08.2012 15:53

Yeganə, ən gənc və ən sanballı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik XXX Yay Olimpiya Oyunlarında qazandığı gümüş medalla bir sıra rekordlara imza atıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı atlet ardıcıl ikinci dəfə Olimpiadada mükafatçılar sırasına düşməyi bacarıb. 4 il əvvəl Pekində bürünclə kifayətlənən Mariya medalının əyarını yüksəltməklə, Olimpiya Oyunlarının ikiqat mükafatçısına çevrilən 4-cü Azərbaycan idmançısı olub.

Stadnikədək Namiq Abdullayev, Zemfira Meftahəddinova və Rövşən Bayramov da 2 medal sahibi olmuşdu. Namiq 1996-cı ildə qazandığı gümüşü 4 il sonra qızıla çevirmişdi. Zemfira isə əksinə, qızıldan sonra daha aşağı əyarlı medal əldə edib. O, 2004-də bürünclə kifayətlənib. Bayramov isə həm 2008-də, həm 2012-də fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Bir sözlə, belə uğura imza atan Mariya 4-cü idmançımız, 3-cü güləşçimiz, 2-ci xanım atletimiz olub ki, Olimpiadalardan 2 mükafat gətirib. Lakin Stadnik özündən əvvəl bunu bacaranlardan fərqlənməklə, bəzi ilklərə imza atıb.

Birincisi, qadın güləşində Azərbaycan üçün ilk medal qazandıran Stadnik, həm də yeganə idmançıdır ki, bu növdə 2 mükafata sahib çıxıb.

İkincisi, Namiq, Zemfira və Rövşəndən fərqli, Mariya Ukraynada doğulub. Yəni, Azərbaycana 2 Olimpiya mükafatı gətirən ilk və yeganə, idman tariximizdə ən sanballı milliləşən legionerdir.

Üçüncüsü, Namiq 28, Zemfira 41, Rövşən isə 25 yaşında medallarını qoşalaşdırıb. Mariya isə cəmi 24 yaşında ikiqat mükafatçı olmaqla, buna sahib çıxan ən gənc idmançımızdır.

Üstəlik, kolleksiyasında gümüş və bürünc olan yeganə təmsilçimizdir. Mariyanın bu kolleksiyasını tamamlayacaq qızılı isə Rio-de-Janeyroda gözləməyə dəyər...

http://www.apasport.az/xeber_Yegane,_en_genc_ve_en_sanballi_62586.html
Oxu 4110 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Mariya Stadnik: Heç kim finalda gümüş medal qazanmır – MÜSAHİBƏ “Mariya Stadniklə görüşdə şansımın olmadığı görünürdü” »

Add comment

Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW