AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.08.2012 16:12

Emin Əhmədovun atası: "Eminin bürüncü mənim üçün qızldan da dəyərlidi"

Materialı qiymətləndirin
(0 səs)
London Olimpiadasında bürünc medal qazanan Azərbaycan güləşçisi Emin Əhmədovun atası Vidadi Əhmədov  müsahibə verib.

- Emin Əhmədovun olimpiadada bürünc medal qazanması sizdə nə kimi təəssüratlat yaratdı ?

- Əlbəttə, çox sevinirəm, inan ki, həmin an bizim ailədə bayram idi. Çoxlarına döşəkdə güləşmək asan gəlir, amma bu çox böyük zəhmət tələb edir. Özü də Eminin bu dəfəki çıxışı Olimpiadada olub. Mənim üçün övladımın bürünc medal qazanması nəyə desən dəyər. Bu mənə qızıldan da əzizdir.Mən onunla fəxr edirəm və arzu edirəm ki, bütün idmançılarımız qələbə qazansın. O gün olsun ki, o qələbəni biz Qarabağ torpaqlarında qeyd edək.

-Oğlunzun idmana gəlməsində rolunuz olubmu ?


- Rolum o olub ki, dəstək vermişəm. Bizim ailədə idmançılar çox olub, mənim qardasim da güləşçi olub, Eminin dayısı da idmançı həmçinin... Bunların Eminin idmanla ardıcıl məşğul olmasına da təsir edib. Artıq Emin 15 ildən çoxdur ki, idmanın içindədir.

- Emin Əhmədovun bir idmançı olaraq hansı keyfiyyətləri sizi qane edir ?

- Emin çox təmkinli və səbirlidir, bu xüsusiyyəti idmançıya xas olan cəhətdir və bu amil onun həyatında da mühüm rol oynayır. Yaxşı haldır.

- Eminin keçirdiyi döyüşlərə baxmışısınız ? Nə hislər keçirmisiniz ?

- Mən çalışıram ki, o yarışlara getməyim. Çünki mən orada olanda həyəcanlanıram. Evdə televizorla baxmağa üstünlük verirəm. Yarışda olanda Emin özü də həyəcanlanır. Lap əvvəllər gedirdim, amma son vaxtlar ümumən getmirəm.

- Ən azından gərək Londona yollanaydınız ....

- Ehtiyac yox idi. Onsuz da xəbərlərdən hər şeyi bilirik də. Qoy sərbəst olsun və bir az da məsuliyyətli olsun ki, evdə ailəsi ona baxır.

- Emin medal qazanandan sonra zəng edibmi ?

- Bəli, zəng edib danışmışam, deyir ki komanda ilə Olimpiya kəndindəyik.

- Sizi Eminin qələbəsinə görə təbrik edən olubmu ?

- Çox olub, deəmk olar ki, hər gün təbriklər alıram və bir ata olaraq bu məni çox sevindirir.

http://sportal.az/?goal=news&;id=17674

Oxu 5991 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Мария Стадник VS Ирина Мерлени: в Пекине они не подали друг другу руки, встретятся ли они в Лондоне? Салих БОРА: Турки поздравляли нас с двумя наградами »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW