AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.01.2012 15:08

Rövşən Bayramov 2011-ci ilin idmançısı seçildi

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Rekord.az-ın sorğusunun qalibini idmançılar özləri seçdi

Ötən ilin ən yaxşı idmançısını seçən mətbuat orqanları sırasına biz də qoşulduq. Doğrudu bir az gec oldu. Amma ruslar demişkən, gec heç vaxtdan yaxşıdı. Həm də biz bir az da fərqli seçdik.

50-yə yaxın idmançının fikrini öyrənməyi planlaşdırsaq da, bəzilərinin, xüsusən legionerlərin Azərbaycanda olmaması, bəzilərinin uzunmüddətli yarış “səyahət”ində olması çətinliklər yaşatdı. Uzun illərdi vurğuladığımız bəzi reallıqlar da özünü bu sorğuda büruzə verdi. Hər nə qədər Azərbaycan pasportu verdiklərimizə azərbaycanlıdı desək də, bizimkilərlə onlar arasında münasibət problemi olmadığını durmadan vurğulayan rəsmilərə bu soğru daha bir nümunə olacaq. Çünki növbəti dəfə legionerlər daha çox legionerlərə, yerlilər isə yerlilərə səs verdilər. Xüsusilə diqqətçəkən məqam isə uzun illərdi voleybolumuzda azərbaycanlı adı daşıyan, Natalya Məmmədovanın namizədlərimizin heç biri haqda məlumatlı olmamasını bildirməsi və sadəcə, qadın həmrəyliyi üçün Mariya Stadniki seçməsi oldu.  

"Rekord.az" olaraq sorğuda məqsədlərimizdən biri də rəsmilər tərəfindən unudulmuş, ən az diqqət alan idman növlərinin ən yaxşılarına onların varlıqlarını hiss etdirmək idi. Əlaqə saxladığımız zaman xatırlandıqlarına inanmayan, təəccüblənən kapitanların olması bir daha vəziyyəti açıqlığı ilə nümayiş etdirdi. Sorğumuzun qalibi isə 2011-ci ildə yunan-roma güləşi üzrə qızıl qran-pri və dünya çempionluğu yaşamış Rövşən Bayramov oldu. Xatırlatma olaraq, sizə kimin kimə səs verdiyini göstərən sıralamanı təqdim edirik. Bildiririk ki, çox yaxında qalibin mükafatlandırma mərasiminin görüntülərini izləyə və geniş  müsahibəsini oxuya biləcəksiz.  

Namizədlər:

1. Teymur Məmmədov (boks) – Avropa çempionu, dünya ikincisi
2. Maqomedrasul Məcidov (boks) – Dünya çempionu, wsb finalçısı
3. Natalya Məmmədova (voleybol) – “Rabitə” klubunun heyətində Çempionlar Liqası ikincisi, klublararası dünya çempionu
4. Elnur Məmmədli (cüdo) – Avropa çempionu
5. Mariya Stadnik (qadın güləşi)  - Avropa çempionu, dünya ikincisi
6. Rövşən Bayramov (yunan-roma güləşi) - Dünya çempionu, Qızıl qran-pri turnirinin qalibi
7. Rauf Əliyev (futbol) – Avroliqa 3-cü mərh.
8. Teymur Rəcəbov (şahmat) - Avropa üçüncüsü, ölkə tarixində rekord reytinq (2781 xal) sahibi
9. Şəhriyar Məmmədyarov (şahmat) – Avropa üçüncüsü, qitənin ən yaxşı şahmatçısı
10. Valentin Demyanenko (kanoe) - Avropa çempionu, dünya çempionu
11. Şərif Şərifov (sərbəst güləş) – Dünya çempionu 

Qeyd: İdmançılar öz idman növlərindən olan birinə səs verə bilməzdilər

1. Avarçəkmə Federasiyası
Valentin Demyanenko – Mariya Stadnik
Sergey Bezuqlıy – Natalya Məmmədova
Maksim Prokopenko – Natalya Məmmədova

2. Ağır Atletika Federasiyası
İntiqam Zairov – Rövşən Bayramov
Sərdar Həsənov  – Rövşən Bayramov

3. Atçılıq Federasiyası
Camal Rəhimov –  Rövşən Bayramov

4. Atıcılıq Federasiyası
İradə Aşumova – Teymur Rəcəbov
Zemfira Meftahəddinova – Rövşən Bayramov

5. Basketbol Federasiyası
Tahir Baxşiyev  – Rövşən Bayramov

6. Boks Federasiyası
Teymur Məmmədov –  Rövşən Bayramov
Rəhim Nəcəfov  -  Mariya Stadnik
Maqomedrəsul Məcidov – Şərif Şərifov
Soltan Migitinov – Şərif Şərifov

7. Cüdo Federasiyası
Elnur Məmmədli – Rövşən Bayramov
Elxan Məmmədov –   Rövşən Bayramov
Kifayət Qasımova – Maqomedrəsul Məcidov

8. Güləş Federasiyası
Həsən Əliyev  -  Elnur Məmmədli
Vitali Rəhimov – Şərif Şərifov
Rövşən Bayramov -  Teymur Məmmədov
Cəbrayıl Həsənov  – Rövşən Bayramov
Mariya Stadnik  - Şərif Şərifov

9. Həndbol Federasiyası
Marina Tankatskaya – Teymur Rəcəbov

10. Kamandan Oxatma Federasiyası
Svetlana Vasilyeva – Teymur Rəcəbov

11. Otüstü Xokkey Federasiyası
Saleh Balamiyev – Rövşən Bayramov

12. Stolüstü Tennis Federasiyası
Eminova Billurə - Mariya Stadnik
Ramil Cəfərov  -  Natalya Məmmədova

13. Taekvando Federasiyası
Ramin Əzizov – Teymur Məmmədov    
Fəridə Əzizova – Natalya Məmmədova

14. Tennis Federasiyası
Kamilə Fərhad  – Teymur Məmmədov
Ayxan Manaflı – Teymur Məmmədov

15. Voleybol Federasiyası
Natalya Məmmədova – Mariya Stadnik
Valeriya Korotenko – Mariya Stadnik
Oksana Parxomenko – Teymur Rəcəbov

16. Futbol Federasiyası
Rauf Əliyev –  Teymur Məmmədov
Mahir Şükürov – Elnur Məmmədli

17. Karate federasiyası
Rafael Ağayev – Şəhriyar Məmmədyarov

18. Sambo federasiyası
Zaur Paşayev – Elnur Məmmədli

19. Kikboksinq federasiyası
Eduard Məmmədov – Rövşən Bayramov

20. Şahmat federasiyası
Şəhriyar Məmmədyarov – Rövşən Bayramov

21. Futzal federasiyası
Rizvan Fərzəliyev – Rövşən Bayramov
Vitali Borisov – Rövşən Bayramov

1.  RÖVŞƏN BAYRAMOV – 14 səs
2. Teymur Məmmədov  - 5
Mariya Stadnik        -  5
3. Natalya Məmmədova  - 4
Şərif Şərifov              -  4
Teymur Rəcəbov       -  4
4. Elnur Məmmədli      -   3
5. Şəhriyar Məmmədyarov – 1
Maqomedrəsul Məcidov - 1

Oxu 14224 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW