Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

06.08.2014 18:59

GDÇ-2014 ikinci gün: ermənilər üzərində daha 2 qələbə, 2 qızıl və 1 gümüş medal / FOTO-VİDEO

Materialı qiymətləndirin
(18 səs)
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Yunan-Roma güləşçilərimiz ilk günkü uğuru davam etdirib və ikinci günü 2 qızıl və 1 gümüş medalla başa vurub.

55 kq çəkidə Murad Məmmədov mübarizəyə inamla başlayıb. Xorvatiyadan olan ilk rəqibini cəmi 10 saniyə ərzində tam üstünlüklə məğlub edən güləşçimiz Hindistan, Rusiya və İran idmançıları ilə görüşdən də qalib ayrılıb və finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 30 xal alan Murad, cəmi 2 xal verməklə Dünya çempionluğu yolunda iddiasını ortaya qoyub. Finalda onu rəqibi Qırğızıstan güləşçisi olub. Qələbə qazanan güləşçimiz Dünya çempionatını qızıl medalla başa vurub.

66 kq çəki dərəcəsində təmsilçimiz Ruhin Mikayılov ilk görüşdə Moldova güləşçisindən üstün olub. Ardınca Ermənistan təmsilçisi ilə qarşılaşan güləşçimiz gərgin keçən qarşılaşmanı öz xeyrinə tamamlayıb və 1/4 finala yüksəlib. Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu adını qazanmışdı. Yaponiya və Misir güləşçiləri üzərində ardıcıl iki qələbə ilə Ruhin Mikayılov finala vəsiqə qazanıb. Finalda güləşçimiz Gürcüstan idmançısı ilə görüşdən məğlub ayrılıb və Dünya çempionatının gümüş medalına sahib olub.

84 kq-da mübarizə aparan İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Bolqarıstan və İsveç təmsilçilərini üstələyən güləşçimiz 1/4 finalda erməni güləşçi ilə qarşılaşıb. İslam cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Yunanıstan təmsilçisi ilə yarımfinal görüşünü də qələbə ilə başa vuran güləşçimiz finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 23 xal alan İslam, cəmi 1 xal verib və inamlı təsir bağışlayıb. Finalda onun rəqibi Almaniya idmançısı olub. Gərgin keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən İslam qələbəni təmin edib və çempionatı qızıl medalla başa vurub.

Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçilərimiz 3 qızıl medal qazanıb. İki gün ərzində güləşçilərimiz qarşılaşdıqları erməni rəqiblərini məğlub etməkdə davam edir. Belə ki, 2 gün ərzində erməni rəqibləri ilə 4 dəfə qarşılaşan təmsilçilərimiz bütün görüşlərdən qalib ayrılıb. Bu gün 66 kq çəkidə Ruhin Mikayılov və 84 kq çəkidə İslam Abbasov erməni rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib. İlk yarış günündə İbrahim Nurullayev (50 kq) ilk görüşündə, Elman Muxtarov (60 kq) isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb.


55 kq
1/16 final - Mihael Besenic (CRO) - Murad Məmmədov 0:10 (10 saniyə ərzində təmiz qələbə)
1/8 final - Murad Məmmədov - Kurşnat Kurade (İND) 8:1
1/4 final - Murad Məmmədov - Aslan Visaitov (RUS) 4:1
1/2 final - Bahruz Maleki (İRİ) - Murad Məmmədov 0:8
FİNAL - Rustam Teiişov (KGZ) - Murad Məmmədov 1:4

66 kq
1/16 final - Ruhin Mikayılov - Daniel Kataraqa (MDA) 2*:2
1/8 final - Hrant Kalaçyan (ARM) - Ruhin Mikayılov 4:4*
1/4 final - Ruhin Mikayılov - Şoqo Takahaşi (JPN) 8:0
1/2 final - İbrahim Mohmud (EGY) - Ruhin Mikayılov 3:5
FINAL - Ruhin Mikayılov - Şmaqi Bolkvadze (GEO) 0:3

84 kq
1/16 final - İslam Abbasov - Yoan Dimitrov (BUL) 8:0
1/8 final - Emil Sandahl (SWE) - İslam Abbasov 0:4
1/4 final - Varujhan Qriqoryan (ARM) - İslam Abbasov 0:8 (44 saniyə ərzində təmiz qələbə)
1/2 final - Dmitros Tserekidis (GRE) - İslam Abbasov 1:3
FİNAL - İslam Abbasov - Denis Kudla (GER) 5:3

120 kq
1/16 final - Əli Həsənov - Seunqçan Lee (KOR) 0:8










Oxu 10172 dəfə

Add comment


Security code
Refresh