Yeniyetmələrin Respublika birinciliyinə təsnifat yarışları - 7 saylı nümayəndəlik
Monday, 08 February 2010 11:15
Turnirin ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Gəncə şəhər gənclər və idman idarəsinin rəis müavini Mahir Hüseynov, 7 saylı nümayəndəliyin Gəncə şöbəsinin rəhbəri Bəhman Ələkbərov və AGF-in vitse-prezidenti Cavanşir Qurbanov sözü gedən bölgədə böyük güləş məktəbinin olduğunu, Gəncə pəhləvanlarının milli komandalarda daim aparıcı yer tutduqlarını vurğuladılar, bu ənənənin bundan sonrada davam edəcəyinə inandıqlarını bildirdilər.
Nəticələrə gəlincə, 1-ci gündə rəqabətə adəti üzrə sərbəst güləşçilər (194), növbəti gündə yunan-Roma güləşçiləri (97) qoşulublar. Gərgin mübarizələrdə fəxri kürsüyə aşağıdakı pəhləvanlar yüksəliblər.
Sərbəst güləş –
42 kq: 1. Ruslan Qasımov, 2. Elçin Vəliyev, 3. Kamran Qurbanov (hər üçü - Gəncə), Rəfael Pənahlı (Şəmkir);
46 kq: 1. Kənan Məmmədov (Gəncə), 2. Amil Zeynalov (Qazax), 3. Nicat Zeynalov, Qurbanəli Sayadov (hər ikisi - Gəncə);
50 kq: 1. Asif Əliyev (Gəncə), 2. Sübhan Mehdiyev, 3. Əmrah İlyaslı (hər ikisi - Qazax), Kərəm Zeynalov (Şəmkir);
54 kq: 1. Meydan Qasımov (Qazax), 2. Maqsud Quliyev, 3. Röyal Məmmədov, Elvin Məmmədov (hər üçü - Gəncə);
58 kq: 1. Fuad Məmmədov (Gəncə), 2. Orxan Məmmədov (Şəmkir), 3. Ənvər Abdullayev (Gədəbəy), Məhəmməd Məmmədov (Gəncə);
63 kq: 1. Elçin Məmmədov (Şəmkir), 2. Mürsəl Məlikov (Gəncə), 3. Kənan Əliyev (Qazax), Seymur İsayevə (Ağstafa);
69 kq: 1. Eldar Məmmədov (Şəmkir), 2. Elmir Şirinov (Gəncə), 3. İlkin Zakirli, Məhəmməd Əlizadə (hər ikisi - Şəmkir);
76 kq: 1. Qənbər Nağıyev (Şəmkir), 2. Kamil İsmayılov (Gəncə), 3. Eşqin Mustafayev (Şəmkir), Hüseyn Hüseynzadə (Şəmkir);
85 kq: 1. Rəhman Hüseynov (Qazax), 2. İsrafil Məlikov, 3. Kamran Cəfərov (hər ikisi - Gəncə), Vüsal Şərifov (Qazax);
100 kq: 1. Orxan Yaqubzadə, 2. Sahib Əkbərli (hər ikisi- Şəmkir), 3. Taleh İsmayılov (Gəncə), Semral Bəhrəmov (Qazax).
Yunan-Roma güləşi –
42 kq: 1. Aqil Ələsgərov (Goranboy), 2. Seymur Bağırov (Daşkəsən), 3. Ramin Məmmədov
46 kq: 1. Yadigar Mövlayev (Goranboy), 2. İzzət Süleymanov (Gəncə), 3. Kamil Bayramov (Daşkəsən), Elşən Məmmədov (Şəmkir);
50 kq: 1. Mehman Məmmədov (Goranboy), 2. Babaxan Hatəmi (Gəncə), 3. Ruslan Məmmədov (Şəmkir), Sübhan Quliyev (Gəncə);
54 kq: 1. Niyazi Alıyev, 2. Sultan Soltanov (Goranboy), 3. Namiq Hüseynov, Mirqasım Rəhimov (Gəncə);
58 kq: 1. Şəhriyar Mahmudov (Gəncə), 2. Türkan Əlizadə, 3. Qeyrət Əsədzadə (Qazax), Zakir Çərkəzli (Gəncə);
63 kq: 1. Nəbi Nəbili, 2. Rafiq Hüseynzadə (Qazax), 3. Valeh Hüseynov (Şəmkir), Eşqin Məhərrəmov (Gəncə);
69 kq: 1. Fərahim Çərkəzli, 2. Kənan Əliyev (Gəncə), 3. İdris Gözəlov (Şəmkir), Sənan Rüstəmov (Gəncə);
76 kq: 1. Ayxan Hüseynov (Gəncə), 2. Musa Hümbətov, 3. İlkin Zakirli, Bəhruz Əmiraslanov (Şəmkir);
85 kq: 1. Elvin Nəsibov, 2. Kamran Cəfərov, 3. Surət Abışov (Gəncə), Xaləddin Alıyev (Qazax);
100 kq: 1. Tanrıverdi Tanrıverdiyev (Qazax), 2. Şamil İsmayılov (Gəncə), 3. Məmməd Məmmədov (Şəmkir)








