Yeniyetmə yunan-Roma güləşçiləri yoxlama turnirində uğurla çıxış edib
Monday, 01 February 2010 14:49
Ümumilikdə Turnirdə 28 komandanın tərkibində 192 güləşçi birincilik uğrunda mübarizə aparıb. Böyük məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən komandamız 3 qızıl, 3 bürünc medal qazanıb.
Yığmamızın heyətində Elnur Həsənov (42 kq, 1995), Hüseyn Abbasov (54 kq, 1994) və Amil Əhmədov (58 kq, 1993) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Məmmədov (46 kq, 1995), Hüseyin Şirəliyev (63 kq, 1993) və Cavid Nəfəsov (58 kq, 1994) bürünc medal qazanıb, Əli Bayramov (69 kq, 1993) isə 5-ci yeri tutub.


