Yeniyetmələrin Respublika birinciliyinə təsnifat yarışları - 5 saylı nümayəndəlik
Saturday, 30 January 2010 11:56
Yarışın ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Kürdəmir rayonu icra başçısının I müavini Vasif Məmmədov, AGF-in regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov turnirin əhəmiyyətindən söz açıb, son zamanlar güləşin surətlə artan inkişafından danışıblar.
Nəticələrə gəldikdə, yarışın ilk günündə sərbəst üsulla mübarizə aparan 26 güləşçi, növbəti gündə, yunan-Roma güləşçilərinin mübarizəsində 31 yeniyetmə idmançı respublika birinciliyinə vəsiqə qazanıb.
Sərbəst güləş –
42 kq: 1. Məhəmməd Mikayılov, 2. Vüqar İsayev, 3. Orxan Həmidov (hər üçü – Göyçay), Cavanşir Feyzullayev (Oğuz);
46 kq: 1. Nuru Nuruyev (Göyçay), 2. Süleyman Mərdəli (Qəbələ), 3. İlqar Məmmədov (Oğuz);
50 kq: 1. Nazim Abdullayev (Göyçay), 2. Zaur Əliyev (Ağdaş), 3. Rəşad İsmayılov (Göyçay);
54 kq: 1. Həsən Babazadə (Göyçay), 2. Səttar Seyidxanov (Oğuz), 3. Pünhan Hüseynov (Qəbələ);
58 kq: 1. Vüqar Həmidov, 2. Mais Hacıyev (hər ikisi – Göyçay), 3. Ramazan Əsgərli (Ucar), Ruslan Günəşov (Göyçay);
63 kq: 1. Arif Balabəyov, 2. Şirzal Osmanov (hər ikisi – Göyçay), 3. Amal Salamzadə (Oğuz);
69 kq: 1. Müslüm Məmmədov, 2. Emil Səlimov, 3. Ruhin Cavadov (hər üçü – Göyçay);
76 kq: 1. Racu Əzizov (Göyçay), 2. Elməddin Cumarov (Oğuz).
Yunan-Roma güləşi -
42 kg: 1. Cavidan Şərifov, 2. Arif Əliyev, 3. Ağaveyis Zeynalov (hamısı Göyçay), Rəsul Fərzəliyev (Kürdəmir);
46 kq: 1. İlkin Quliyev (Kürdəmir), 2. Cabbar Yusifli (Göyçay), 3. Təbriz Süleymanov (Göyçay), Elməddin Həmidov (Kürdəmir);
50 kq: 1. Surxay Rəhimov (Kürdəmir), 2. Kamran Babayev (Göyçay), 3. Nicat Qurbanov (Göyçay), Səid Səttarov (Kürdəmir);
54 kq: 1. Nuru Yusifli, 2. Əli Həsənov, 3. Kamal Məmmədov (hamısı Göyçay), Röyal Quliyev (Kürdəmir);
58 kq: 1. Rüfət Əmrahov (Kürdəmir), 2. Rəşad Səfərov (Kürdəmir), 3. Mahmud Nəbiyev (Göyçay), Əkbər Məmmədli (Göyçay);
63 kq: 1. Mirzamis Həşimli (Kürdəmir), 2. Əziz Ağayev (Göyçay), 3. Rüfət Duvayarov (Kürdəmir), Rəşadət İbişov (Kürdəmir);
69 kq: 1. Kənan Vəlizadə (Kürdəmir), 2. Cavidan Ələsgərov (Göyçay), 3. Malik Şirinov (Kürdəmir), Hüseyn Məmişzadə (Göyçay);
76 kq: 1. Əlisa Həsənov (Göyçay);
85 kq: 1. Cavidan Hacıyev (Göyçay);
100 kq: 1. Əli Həsənov (Göyçay)







