AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt

Hakimliyə müraciət

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasına Olimpiya dərəcəli hakim Bəhmən Talebi sədrlik edir.

Hakimlik dərəcəsi almaq üçün aşağıdakı sənədlər tələb olunur:

- 2 ədəd 3X4 ölçüdə rəngli foto-şəkil;
- şəxsiyyət vəsiqəsinin sürəti;
- ingilis dilində sertifikat;
- tərcümeyi-hal;
- ali təhsili varsa, onun haqqında sənədin sürəti.

Bütün sənədlər Hakimlər Kollegiyasına təqdim edilir və orada kollegiya sədri tərəfindən baxılır. Sənədlər tələblərə cavab verdikdən sonra həmin hakim respublikadaxili turnirlərə dəvət olunur və onun hakimlik təcrübəsi yoxlanılır. Həmin hakimin işi kollegiyanı qane etdikdə, o, beynəlxalq dərəcəli hakim statusu almaq üçün seminara göndərilir. Orada imtahanı müvəffəqiyyətlə verərsə, ona FILA-nın Hakimlər Kollegiyasının üzvləri tərəfindən beynəlxalq dərəcəli hakim adı verilir.

Beynəlxalq dərəcəli hakimlik dərəcəsi əldə etmək üçün əsas tələblər aşağıdakılardır:

- Azərbaycan vətəndaşı olmaq;
- güləş təcrübəsinə malik olmaq;
- ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq;
- 3 il daxili yarışlarda hakimlik etmək;
- yaş həddi 40-a qədər olmalıdır.

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW