AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt

Qaydalar

Yunan-Roma və Sərbəst güləşdə qaydalara edilən yeniliklər

Qeyd: Bu qaydalar hal-hazırda tətbiq edilir. Lakin sentyabr ayında böyüklər arasında keçiriləcək dünya çempionatına qədər bəzi əlavə dəyişikliklər də ola bilər.

1. Görüşün vaxtı:

- Böyüklər və gənclər (kişi və qadın) arasında görüşlər hər biri 3 dəqiqə olmaqla 2 hissə və hissələr arasında 30 saniyə fasilədən ibarətdir.
- Qalib hər iki hissədə qazanılan xalların cəmi nəticəsində müəyyən edilir.
- Yeniyetmələr və kiçik yaşlı yeniyetmələr (oğlan və qız) arasında görüşlər hər biri 2 dəqiqə olmaqla 2 hissə və hissələr arasında 30 saniyə fasilədən ibarətdir.
- Qalib hər iki hissədə qazanılan xalların cəmi nəticəsində müəyyən edilir.

Qeyd: Hissələr arasında fasilə zamanı güləşçilər su içib və nəm salfetkadan istifadə edə bilərlər.

2. Görüşün erkən sona çatması:

Bir görüş təyin olunmuş vaxt qurtarmadan aşağıdakı vəziyyətlərdə sona çatır:
- Güləşçilərdən biri tuş vəziyyətinə düşdükdə;
- Rəqib xalçaya çıxmdıqda, zədə aldıqda, diskvalifikasiya olunduqda (3 xəbardarlıq aldıqda və ya kobud surətdə qayda pozuntusu olduqda);
- Texniki üstünlük (7 xal fərqi ilə üstünlük) olduqda;
- Bir 5 xallıq və iki 3 xallıq fənd icra olunduqda (bu şərtlə ki, fəndi icra edən güləşçi xal hesabı ilə rəqibindən irəlidə olsun).

Məsələn: Qırmızı geyimli güləşçi 6:0 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:5 olur və görüş davam edir. Qırmızı geyimli güləşçi 6:1 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:6 olur və görüş davam edir (hər iki vəziyyətdə əks fənd sayılır). Qırmızı geyimli güləşçi 6:2 hesabı ilə irəlidə olarkən göy geyimli güləşçi 5 xallıq fənd icra edərsə, hesab 6:7 olur və görüş texniki üstünlüklə sona çatır. İki 3 xallıq fənd icra olunanda da bu qaydalar tətbiq olunur.

3. Challenge (Etiraz):

Fəndə görə xal tabloya yazıldıqdan sonra məşqçinin etiraz etmək üçün 5 saniyə vaxtı var. Görüş vaxtı qurtardıqdan sonra məşqçi etiraz edə bilməz. Ancaq görüş bitdikdən sonra xallar tabloya yazılmayıbsa məşqçi etiraz edə bilər. Məşqçinin etirazı güləşçi tərəfindən təsdiqlənərsə qəbul edilər. Məşqçi etiraz zamanı ancaq onun üçün ayrılmış yerdə dayanmalıdır. Əgər məşqçinin etirazı doğru olarsa, təkrar kadrlara baxıldıqdan sonra haqlı olduğu ortaya çıxarsa “etiraz topu” (challenge) məşqçiyə geri qaytarılır. Etiraz zamanı məşqçi hakimlə arasında gərginlik yaradarsa məşqçiyə sarı kart, mübahisə davam edərsə qırmızı kart və yarış zalından kənarlaşdırma qərarı verilir və cərimə olunur.

4. Görüşün sonunda xallar bərabər olarsa qalibin müəyyən edilməsi:

Bir görüşün sonunda xallar bərabər olanda (1:1, 5:5, 7:7, 9:9 və s.) görüşün qalibi aşağıdakı şərtlərə görə müəyyən olunur.

1. Böyük texniki xalı çox olan.
2. Xəbərdarlığı az olan.
3. Sonuncu xalı alan.

Red 3 0 1 1 2 0 2 9 Qalib
Blue    1 1 0 3 1 1 2 9  
         
Red 2 0 0 1 1 3 7  
Blue 3 1 1    0 2 7 Qalib
         
Red 2 1 0 3 0 1 1 8  
Blue 3 0 1 2 1 0 1 8 Qalib


Red – qırmızı geyimli güləşçi.
Blue – göy geyimli güləşçi.
0 – ofisal xəbərdarlıq deməkdir.

5. Fəndlərin qiymətləndirilməsi:

- Güləşçiləri risk etmələrinin cəsarətləndirmək üçün hucum edib fənd etmək istəyən güləşçi fəndi icra edərkən rəqibinin altında üzü üstə qalarsa hakim görüşü dayandıracaq və görüş xalçanın ortasında ayaq üstə davam edəcək (texniki xal verilməyəcək).
- Rəqibini ayaq üstən parter vəziyyətinə endirib arxasına keçən və 3 nöqtəni (iki qol və bir diz, iki diz və bir qol və ya iki diz bir baş) yerə vuraraq nəzarət edən güləşçiyə 2 xal verilir.
- Ayaq üstə fənd icra edib rəqibini təhlükəli duruma salmadan yerdə parter vəziyyətində nəzarət edən güləşçiyə 2 xal verilir.
- Ayaq üstə rəqibinə fənd icra edib təhlükəli duruma sala bilməyib, vəziyyətə nəzarət edə bilməyib təkrar ayaq üstə qalxsalar, fəndi icra edənə 1 xal verilir.
- Yerdə güləş zamanı əks fənd işlədərək, rəqibinin arxasına keçərək parterdə vəziyyətə nəzarət edən güləşçiyə 1 xal verilir.

6. Yunan-Roma güləşində passivliyi aradan qaldırmaq qaydaları:

- Passiv olan güləşçiyə şifahi xəbərdarlıq edilir.
- Passivliyə görə 2-ci xəbərdarlıq alan güləşçiyə, hakim görüşü dəyandırıb xəbərdarlıq (caution) verir.
- Aktiv olan güləşçi “parter” və ya “ayaqüstə” vəziyyətlərindən birini seçir.
- Passivliyə görə 3-cü xəbərdarlıq alan güləşçinin rəqibinə 1 texniki xal verilir və yenə aktiv olan güləşçi “parter”və ya “ayaqüstə”vəziyyətlərindən birini seçir.
- Passivliyə görə 4- cü xəbərdarlıq alan güləşçinin rəqibi tam qələbə qazanır. Görüş zamanı 1 dəqiqə müddətində rəqiblərdən heç biri texniki xal qazana bilməyibsə hakimlər passiv güləşçini müəyyən etməlidirlər.
- Aktiv olan güləşçi parter vəziyyətini seçdikdə bir diz yerdə əllər rəqibin kürəyində və ya rəqibi tərsinə tutmaqla (obratno) görüşə başlaya bilər.

7. Sərbəst güləşdə passivliyi aradan qaldırmaq qaydaları:

- Barmaqları tutan, blok edən və güləşdən qaçan idmançıya birinci dəfə şifahi xəbərdarlıq edilir, bu hal ikinci dəfə təkrar olunarsa hakim görüşü dəyandırır və həmin güləşçinin passiv olduğu bildirilir, ona 30 saniyə vaxt verilir. 30 saniyə vaxt müddətində rəqiblərdən heç biri texniki xal ala bilməzsə passiv elan olunmuş güləşçiyə “xəbərdarlıq” və rəqibinə 1 texniki xal verilir.
- Görüş zamanı 2 dəqiqə müddətində rəqiblərdən heç biri texniki xal qazana bilməyibsə (yeniyetmələrdə 1 dəqiqədən sonra) hakimlər məcburi surətdə passiv güləşçini müəyyən etməlidirlər. Passiv güləşçiyə 30 saniyə vaxt verilir. 30 saniyə müddətində rəqiblərdən heç biri texniki xal ala bilməzsə “xəbərdarlıq” edilən passiv güləşçiyə xəbardarlıq və rəqibinə 1 texniki xal verilir.

8. Xalçadan kənara çıxmalar:

Hər güləş xalçasından kənara çıxmağa görə rəqibə 1 texniki xal verilir (xəbərdarlıq verilmir). Güləşçinin rəqibini itələyərək döşəkdən çıxarmağa ixtiyarı yoxdur. Əgər belə olarsa hakim görüşü dayandırıb xəbardarlıq verir. Əgər bu hərəkət təkrarlanarsa hakim görüşü yenidən saxlayıb onun rəqibinə 1 xal verir. Özünə xəbərdarlıq (caution 0) verir və görüş davam edir. Görüş zamanı güləşçilərdən biri rəqibini döşəyin zolağından kənara itələyib çıxararsa, bu zaman həmin güləşçiyə 1 xal verilir.

-------------------------------------------------------------

Londonda keçirilən güləş üzrə Olimpiya Oyunlarına test xarakterli yarışlar zamanı güləş qaydalarında bəzi dəyişikliklərin edildiyi açıqlanıb.

Belə ki, bundan sonra sərbəst güləş yarışlarında idmançıların heç biri xal qazanmadığı təqdirdə püşk atılan zaman qutudan çıxan göy və ya qırmızı rəngli şar yenidən qutuya deyil, kənara qoyulacaq. Xatırladaq ki, püşk zamanı qutuda 4 şar (2 qırmızı və 2 göy) olur. İlk püşkatmadan sonra qutuda 3 şar qalır ki, onlardan da ikisinin rəngi eyni olur. Bu da növbəti püşkatma zamanı digər idmançının da şansını artırır.

Digər dəyişikliklər isə, yunan-Roma güləşi ilə bağlıdır. Bundan sonra görüş başlamazdan öncə idmançıların əllərindən biri digərinin qolunun altında, o biri əli isə rəqibin qolunun üstündə olmalıdır. Həmçinin, 1 dəqiqə 30 saniyə ərzində idmançılardan hər hansı biri ayaqüstə vəziyyətdən xal qazanarsa, o zaman qalan 30 saniyə ərzində parter vəziyyəti olmayacaq. Parterə yalnız 1 dəqiqə 30 saniyə ərzində ayaqüstə xal qazanılmayacağı təqdirdə müraciət olunacaq.

--------------------------------------------------------------

Son zamanlar güləşin qaydalarında xeyli dəyişikliklər baş verib. Əgər əvvəllər yunan-roma güləşində idmançılar 1 dəqiqə ayaq üstə mübarizə apardıqdan sonra növbə ilə 30 saniyə parter vəziyyətində otururdusa. yeni əlavələrə görə, indi ayaq üstə mübarizə 1 dəqiqə 30 saniyə davam edir. İdmançılardan heç biri xal qazanmasa, I hissədə qırmızı geyimli, II hissədə isə göy geyimli idmançı 30 saniyə ərzində parter vəziyyətində olan rəqibinə qarşı fənd tətbiq etməyə çalışır və xal qazandığı halda həmin hissəni öz xeyrinə başa vurur. Müdafiə olunan idmançı rəqibinin fənd tətbiq etməsinə imkan verməzsə, o zaman onun aktivinə 1 xal yazılır və o hissənin qalibi olur. 1 dəqiqə 30 saniyə ərzində xal qazanan və ya hesab bərabər olarsa son aktiv hərəkəti edən idmançı hansı hissənin getməsindən asılı olmayaraq son 30 saniyəni parter vəziyyətində olan rəqibinə qarşı hücumda olur və fənd tətbiq edə bilməsə belə, onun rəqibinə xal verilmir. Çünki hücum edən güləşçi artıq ayaq üstə olan vəziyyətdə üstünlük əldə edib. Amma 3-cü hissənin 1 dəqiqə 30 saniyəsi ərzində tərəflərdən heç biri xal qazana bilməzsə, o zaman idmançıların ilk 2 hissədə topladığı xallara baxılır və parterdə kimin oturacağını xalı çox olan idmançı müəyyənləşdirir.

Xallar bərabər olarsa, neçə xallıq fəndlərin yerinə yetirilməsi çox önəmlidir. Məsələn, ola bilər ki ilk 2 hissədən sonra hesab 4:4 olsun. Amma idmançılardan birinin aktivində 3 xallıq fənd olduğu halda digəri bu xalları 1 xallıq fəndlərlə toplayıbsa, təbii ki, belədə üstünlük 3 xallıq fənd yerinə yetirən idmançıya verilir. Bütün göstəricilər bərabər olduqda isə parterdə kimin oturacağını hakim püşklə müəyyənləşdirir.

Sərbəst və qadın güləşinin yarış qaydalarında hər hansı dəyişiklik edilməyib. Amma güləşin hər üç növü üzrə müəyyən əlavələr tətbiq olunub. Aktiv güləşdən qaçmağa görə idmançıya görüş dayandırılmadan xəbərdarlıq edilir, yəni onun rəqibinə 1 xal verilir. Neytral vəziyyət olarsa, cərimənin nəyə görə verildiyi idmançıya izah edilir. Mübahisəli vəziyyət yaranan zaman artıq hakimlər öz istəkləri ilə görüşü saxlayıb videotəkrara baxa bilməzlər. Bunun üçün hər bir idmançıya hakimin qəbul etdiyi qərara etiraz etmək üçün bir imkan verilir və təbii ki bu etiraz onun məşqçisi tərəfindən həyata keçirilir. Etiraz etmək üçün hakimlərə yaxınlaşmaq lazım deyil, sadəcə olaraq məşqçilərin yanına qoyulmuş ağ rəngli paleti havaya qaldırmaq kifayətdir. Əgər görüş neytral vəziyyətdədirsə, hakim qarşılaşmanı dayandırır və etiraz edilən epizoda videotəkranın köməyi ilə aydınlıq gətirilir. Artıq videotəkrarı tək hakimlər deyil, həm də böyük ekran vasitəsilə arenada olan hər bir şəxs izləmək imkanına malikdir. Jürinin iştirakı ilə mübahisəli epizodla bağlı qərar verilir. Əgər etiraz haqlıdırsa, o zaman təbii ki idmançının xalı verilir və məşqçinin etiraz üçün daha bir imkanı olur. Əgər etiraz təmin olunmazsa, o zaman rəqib güləşçiyə 1 xal verilir və etirazı təmin olunmayan məşqçi növbəti dəfə etiraz etmək hüququndan məhrum edilir.

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW