AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Litvada hərbçi güləşçilərin Dünya çempionatı keçiriləcək
Dünya üçüncüsü yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıdıb / FOTO
YDÇ-2017: 1 bürünc medal və komanda hesabında 3-cü yer / VİDEO
YDÇ-2017: Ayşən Yusifova bürünc medal qazandı / FOTO-VİDEO
YDÇ-2017: Qurban Qurbanov qızıl, Nihad Məmmədli gümüş medal qazandı / FOTO-VİDEO
As of next year wrestler will perform in new weighting categories / MODIFICATION
Friday, 15 September 2017 15:45

Litvada hərbçi güləşçilərin Dünya çempionatı keçiriləcək

  • Print
  • Email
Rate this item
(4 votes)
18-25 sentyabr 2017-ci il tarixdə Litvanın Klaypeda şəhərində hərbçi güləşçilər arasında 32-ci Dünya çempionatı keçiriləcək. 

Sərbəst güləş yarışlarında ölkəmizi Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcək. Yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) yarışlara qatılacaq. Qadın güləşçilərin mübarizəsində isə Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) iştirak edəcək. 

Komandaya Dünya çempionatında məşqçilər Nazim Əlicanov və Taleh İsrafilov rəhbərlik edəcək. 

Çempionatın proqramına əsasən, ilk yarış günündə sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq  və qadın güləşi üzrə 48 kq, 53 kq, 55 kq, 58 kq çəkidə qaliblər müəyyənləşəcək. Sentyabrın 21-də isə xalçaya 74 kq, 86 kq , 97 kq, 125 kq çəkidə sərbəst, 60 kq, 63 kq, 69 kq və 75 kq çəkidə qadın güləşçilər çıxacaq. 59 kq, 66 kq, 71 kq və 75 kq çəkidə yunan-Roma güləşçiləri sentyabrın 22-də, 80 kq, 85 kq, 98 kq və 130 kq çəkidə yunan-Roma güləşçiləri isə son yarış günündə mübarizə aparacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Sentyabrın 24-də isə çempionatda iştirak edən ölkələrin Mədəniyyət Günü keçiriləcək. 

Xatırladaq ki, ötən ilki Dünya çempionatını sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. 



Read 2081 times
Tweet
More in this category: « Dünya üçüncüsü yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıdıb / FOTO

Add comment



Refresh

back to top
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2