AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.06.2016 11:38

Əməkdar məşqçi Oktay Hüseynovun xatirəsinə açıq Respublika turniri keçirilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Yarışda yerli iştirakçılarla yanaşı, Gürcüstan, Türkiyə və Rusiyadan ümumilikdə 220 yeniyetmə pəhləvan mübarizə aparıb. 

Turnirin açılış mərasimində çıxış edən Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Milli Məclisin deputatları Adil Əliyev, Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Oqtay Hüseynovun tələbələri adından, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, yarışın təşkilat komitəsinin sədri Oleq Krapivin turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib və yarış iştirakçılarına uğurlar arzulayıb.  

Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanırlar.

Açılış mərasimindən sonra turnirin final görüşləri keçirilib, qalib və mükafatçılara diplom, pul mükafatı və idman geyimi hədiyyə edilib. 

29 kq 
1. Dəryanquliyev Arzuman (Qazax)
2. Musayev İbrahim (Azəri İK)
3. Abdullayev Ruslan (Şağan GK)
3. Mustafazadə Emil (ROİL)
          32 kq 
1. Nuriyev Heydər (Cəlilabad Gömrük)
2. Heybətov Ramik (Zenit İC)
3. İbrahimov Abdulrəhman (Gəncə RİM)
3. Abdullayev Atilla (Xızı)
35 kq
1. Aslanov Riad (Abşeron)
2. Nəbiyev Mircavad (Masallı)
3. Abdullayev Abdul (Təhsil)
3. Muradov Kənan (Şağan GK)
  38 kq
1. Məmmədzadə Kənan (Müşviqabad)
2. İmanov Rəhman (Zenit İC)
3. Məmmədov Müştəba (Masallı)
3. Axundov Şəmistan (Qazax)
42 kq 
1. Bayramov Zirətdin (Şəmkir)
2. Qaraşvili Omar (GEO)
3. Kurxuli Gigi (GEO)
3. Abdulov Əmir (ROİL)
  47 kq
1. Zubairov Axmed (RUS)
2. Quliyev Məhəmmədəli (Təhsil)
3. Nəsirov Əbilfəz (Şirvan)
3. Əliyev Sadiq (Cəlilabad Gömrük)
53 kq 
1. Abdullayev Arif (RUS)
2. Cəfərov Sabir (Təhsil)
3. Əliyev Məhəmmədəli (Astara)
3. Əhmədov Məmməd (Təhsil)
  58 kq
1. Paşayev Tapdıq (Qazax)
2. Aşurov İzzət (Gömrük)
3. Əsədullayev Zakir (Astara)
3. Soltanov Kamran (Müşviqabad)
66 kq
1. Əzizov Rəşad (ROİL)
2. Kuçuaşvili Davit (GEO)
3. Cabbarlı İsmayıl (Gömrük)
3. Həmidov Ruslan (Masallı)
  73 kq
1. Həmidov Valeh (Azəri İK)
2. Muradlı Cəfərsadiq (Cəlilabad Gömrük)
3. Cabbarov Fərid (ROİL)
3. Şabanov Abdulcəlil (Abşeron)



Oxu 4070 dəfə
Tweet

Comments   

 
0 #1 EMIL 2017-11-05 19:34
bu yarisda 3 e cixdim 30 manat verdiler
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW